Məhkəmə qərarları › İş №3(051)-793/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-793/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-793/2023 06.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Goranboy rayonu, Şıxlar kəndində doğulmuş, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İXM-in 157–ci maddəsi ilə barəsində Mingəçevir şəhər prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Ucuzluq” geyim mağazasında satıcı işləyən Zərərçəkmiş şəxs döyərək ona küt əşyanın təsirindən yaranmağa xarakterik olan ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan sağ əlin baş barmağında və sol budunda qançır xəsarətlərini yetirərək Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Ucuzluq” geyim mağazasında satıcı işləyən Zərərçəkmiş şəxs ilə ərinin münasibətini aşkar etdikdən sonra xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs satıcı işlədiyi həmin mağazaya gedib orada Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bir-birilərinə qarşı fiziki zor tətbiq etmişlər. Bununla belə hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Əməlindən peşmandır. Ona görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs onun işlədiyi Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Ucuzluq” adlı geyim mağazasına gəlib onu təhqir etdiyindən aralarında yaranmış mübahisə zamanı birbirilərinə qarşı fiziki zor tətbiq etmişlər. Hazırda Şəxs ilə barışmışdır. Odur ki, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Mingəçevir Şəhər Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Mingəçevir Şəhər Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 610 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:-sağ əlinin baş barmağında və sol budunda qançır, küt əşyanın (alətlərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan Mingəçevir şəhər prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Kür çayının üzərində yerləşən avtomobil körpüsündən özünü atmaq istəməklə intihara cəhd etməsində cinayət hadisəsi olmadığından həmin hissədə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasıının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən inzibati xəta törətdiyindən barəsində inzibati icraatın açılmasını təmin etmək məqsədilə ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İşdə olan Mingəçevir şəhər prokurorluğunun xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İşdə olan ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və inzibati xəta törətmiş şəxs Şəxs barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Ucuzluq” geyim mağazasında satıcı işləyən Zərərçəkmiş şəxs döyərək ona küt əşyanın təsirindən yaranmağa xarakterik olan ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan sağ əlin baş barmağında və sol budunda qançır xəsarətlərini yetirmişdir. Bununla belə o hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 53.1.9–cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarından görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin hazırda Şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi əsasında Mingəçevir şəhər prokuroru tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə inzibati xəta haqqında işin icraatına, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar