Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-798/2024 22.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs Zərərçəkmiş şəxs: X2 iştirakı ilə xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Mingəçevir şəhəri, Samux küçəsində idarə etdiyi “Hyundai sonata” markalı **-BN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərək “Mercedes benz 190” markalı **-XF- *** nömrəli avtomaşınla toqquşaraq zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək göstərdi ki, onun “Hyundai sonata” markalı **-BN-*** qeydiyyat nişanlı avtomobili var. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Lakin avtomobilə dair qeydiyyat şəhadətnaməsi var. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Mingəçevir şəhər Samux küçəsi ilə Kür çayı istiqamətində idarə etdiyi “Hyundai sonata” markalı **-BN-*** qeydiyyat nişanlı avtomobillə düzünə hərəkətdə olarkən H.Hüseynov küçəsinin (Dəniz yolu) kəsişməsində idarə etdiyi “Hyundai sonata” markalı **-BN-*** nömrəli avtomobillə yolun sol hissəsindən sağa dönüb H.Heydərob küçəsinə (Dəniz yolu) keçmək istəyərkən sağ yan hissəsində onunla eyni istiqamətə hərəkətdə olan “Mercedes benz 190” markalı **-XF-*** nömrəli avtomobilin sağ yan hissəsində hərəkətdə olduğunu görməmişdir. İdarə etdiyi “Hyundai sonata” markalı **- BN-*** qeydiyyat nişanlı avtomobillə “Mercedes benz 190” markalı **-XF-*** nömrəli avtomobilinə yol vermədən yolun sol hissəsindən sağa dönüb onun sol yan hissəsindən üzərinə getmişdir. Nəticədə, idarə etdiyi “Hyundai sonata” markalı **-BN-*** qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi, sağ qabaq və arxa qanadı, qapıları, diski təkəri “Mercedes benz 190” markalı **-XF-*** qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsinə, buferinə, ön panelinə, işıq cihazına, sol qabaq qanadına, kapotuna, diski təkərinə dəyərək toqquşmuşdur. Toqquşma nəticəsində heç kim xəsarət almamışdır. Hazırda əməlindən peşimandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı izahatında bildirdi ki, anası X1 məxsus “Mercedes benz 190” markalı **-XF-*** qeydiyyat nişanlı avtomobili var. Onun avtomobili idarə etmək üçün “BC” dərəcəli sürcülük vəsiqəsi var. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrdə Mingəçevir şəhər Samux küçəsi ilə Kür çayı istiqamətində anası Mirvariyə məxsus “Mercedes benz 190” markalı **-XF-*** qeydiyyat nişanlı avtomobili anası Mirvari avtomobildə olmaqla idarə edib yolun sağ hissəsi ilə düzünə hərəkətdə olarkən H.Hüseynov küçəsinin (Dəniz yolu) kəsişməsində idarə etdiyi “Mercedes benz 190” markalı **-XF-*** nömrəli avtomobilin sağa H.Heydərob küçəsinə (Dəniz yolu) keçmək istəyərkən sol yan hissəsində hərəkətdə olan “Hyundai sonata” markalı 45- BN- 498 qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun sol hissəsindən o da sağa dönərkən idarə etdiyi “Mercedes benz 190” markalı **-XF-*** nömrəli avtomobillə ona yol vermədən “Hyundai sonata” markalı **-BN-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü sol qabaq yan hissəsindən üzərinə gəlmişdir. Nəticədə, idarə etdiyi “Mercedes benz 190” markalı **-XF- *** qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsinə, buferinə, ön panelinə, işıq cihazına, sol qabaq qanadına, qapısına, kapotuna, diski təkərinə mühərrikxanasına “Hyundai sonata” markalı **-BN-*** qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi, sağ qabaq və arxa qanadı, qapıları, diski təkəri dəyərək toqquşmuşdur. Toqquşma zamanı anası Mirvari onunla birlikdə avtomobildə idi. Toqquşma nəticəsində heç kim xəsarət almamışdır. Avtomobili sığorta şirkəti təmir etdirəcəkdir. Onun inzibati xəta törətmiş şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, izahatını nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan xx.xx.2024-cü il tarixli 2997 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. İşdə olan AC 409614 nömrəli Şəxs verilmiş BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə verilmiş, etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədək göstərilmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai sonata” minik markalı **-BN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs mülkiyyətindədir. İşdə olan BD201730 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə verilmiş xx.xx.2031-ci il tarixədək etibarlılıq müddəti olan B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes benz 190” minik markalı **-XF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 mülkiyyətindədir. İşdə olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X6 “Mercedes benz 190” minik markalı **-XF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini etibarnamə üzrə X1 vermişdir. İşdə olan nəqliyyat vasitələrinin təmirinə dair smetadan görünür ki, “Mercedes benz 190” minik markalı **-XF-*** qeydiyyat nişanlı avtomobilə 2604 manat məbləğində maddi zərər dəymişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs himayəsində bir nəfər xx.xx.2010-cu il tarixdə doğulmuş Nərgiz adlı yetkinlik yaşına çatmamış, iki nəfər xx.xx.2012-ci il tarixdə doğulmuş Zəhra, xx.xx.2015-ci il tarixdə doğulmuş Mehdi adlı azyaşlı uşaqları vardır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Mingəçevir şəhəri, Samux küçəsində idarə etdiyi “Hyundai sonata” markalı **-BN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərək “Mercedes benz 190” markalı **-XF-*** nömrəli avtomaşınla toqquşaraq zərərçəkmiş şəxsə maddi zərər vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış, iki nəfər azyaşlı uşağın olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-798/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-798/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver