Məhkəmə qərarları › İş №3(051)-8/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-8/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-8/2021 17.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Zərərçəkmiş şəxs X2 və Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx xxxx 1986-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-377/2020 saylı qətnaməsinə əsasən ilk iddia təmin olunmuş, 1) əyarı 583, çəkisi 8 qram, dəyəri 1050 manat olan Rusiya istehsalı qızıl sep klon ilə birlikdə, 2) əyarı 583, çəkisi 8 qram, dəyəri 560 manat olan Rusiya istehsalı qadın üçün qızıl büzük, 3) əyarı 5, çəkisi 5 qram, dəyəri 350 manat olan Rusiya istehsalı kişi üçün qızıl üzük, 4) əyarı 583 çəkisi 22 qram, dəyəri 1760 manat olan qadın üçün dəst komplekt (sep, üzük, sırğa, qolbağ, brilyant qaşlarla, 5) əyarı 583, çəkisi 8 qram dəyəri 560 manat olan Rusiya istehsalı qadın üçün brilyant qaşlarla qızıl nişan üzüyü və ya qətnamə icra olunan vaxt qeyd edilən əşyalar mövcud olmazsa onların dəyəri cavabdehlər Şəxs və X1 alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Hüseynov X5 şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-377/2020 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-377/2020 saylı qətnaməsinə əsasən ilk iddia təmin olunmuş, 1) əyarı 583, çəkisi 8 qram , dəyəri 1050 manat olan Rusiya istehsalı qızıl sep klon ilə birlikdə, 2) əyarı 583, çəkisi 8 qram, dəyəri 560 manat olan Rusiya istehsalı qadın üçün qızıl büzük, 3) əyarı 5, çəkisi 5 qram, dəyəri 350 manat olan Rusiya istehsalı kişi üçün qızıl üzük, 4) əyarı 583 çəkisi 22 qram, dəyəri 1760 manat olan qadın üçün dəst komplekt (sep, üzük, sırğa, qolbağ, brilyant qaşlarla, 5) əyarı 583, çəkisi 8 qram dəyəri 560 manat olan Rusiya istehsalı qadın üçün brilyant qaşlarla qızıl nişan üzüyü və ya qətnamə icra olunan vaxt qeyd edilən əşyalar mövcud olmazsa onların dəyəri cavabdehlər Şəxs və X1 alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Lakin Şəxs qətnaməsini lazımi qaydada icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən ilk iddia təmin olunmuş, 1) əyarı 583, çəkisi 8 qram , dəyəri 1050 manat olan Rusiya istehsalı qızıl sep klon ilə birlikdə, 2) əyarı 583, çəkisi 8 qram, dəyəri 560 manat olan Rusiya istehsalı qadın üçün qızıl büzük, 3) əyarı 5, çəkisi 5 qram, dəyəri 350 manat olan Rusiya istehsalı kişi üçün qızıl üzük, 4) əyarı 583 çəkisi 22 qram, dəyəri 1760 manat olan qadın üçün dəst komplekt (sep, üzük, sırğa, qolbağ, brilyant qaşlarla, 5) əyarı 583, çəkisi 8 qram dəyəri 560 manat olan Rusiya istehsalı qadın üçün brilyant qaşlarla qızıl nişan üzüyü və ya qətnamə icra olunan vaxt qeyd edilən əşyalar mövcud olmazsa onların dəyəri cavabdehlər Şəxs və X1 alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Borcunu ödəməkdən yayınmır. Belə ki, borcun ödənilməsi ilə bağlı zərər çəkmiş İlahə Heydərzadə ilə aralarında razılığa gəlmişlər. Buna görə də barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 verdiyi izahatında göstərmişdir ki, borcun ödənilməsi ilə bağlı Şəxs ilə aralarında razılığa gəlmişlər. Buna görə də, onun barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X7 izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs zərər çəkmiş şəxsə ödəməli olan əmlakların ödənilməsindən yayınmışdır. Qalıq borcun ödənilməsini tələb etmək üçün dəfələrlə Şəxs rəsmi məktub göndərmiş, izahatları alınmış, şifahi qaydada qanunun tələbləri izah olunaraq, əmlakların dəyərini vaxtında və tam ödəmək vəzifəsi xatırlanmışdır. Lakin, Şəxs qalıq borcunu lazımi qaydada ödəməmişdir. Hazırda Şəxs zərər çəkmiş İlahə Heydərzadə ilə aralarında borcun ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Şəxs, zərər çəkmiş şəxsin və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar