Məhkəmə qərarları › İş №3(051)-8/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-8/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-8/2022 09.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157–ci maddəsi ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 157–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2021-ci il tarixdə saat 01 radələrində şəhərin M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısında Zərərçəkmiş şəxs saçından dartaraq ayaq nahiyyəsi ilə onun sağ ayaq nahiyyəsinə vuraraq qəsdən döymüşdür. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 01 radələrində şəhərin M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısında Zərərçəkmiş şəxs saçından dartaraq ayaq nahiyyəsi ilə onun sağ ayaq nahiyyəsinə vuraraq qəsdən döymüşdür. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(051)-759/2021 saylı qərarından görünür ki, Şəxs məhkəmə iclasına gətirilməsi qərara alınmış və qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilmişdir. İşdə olan Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinə məcburi qaydada gətirilməsini təmin etmək mümkün olmamışdır. İşdə olan məhkəmənin xx.xx.2021-ci il tarixli 3(051)-759/2021 saylı qərarından görünür ki, Şəxs məcburi qaydada məhkəməyə gətirilməsi qərara alınmış və həmin tarixdən də inzibati xəta haqqında işin icraatı dayandırılmışdır. İşdə olan Mingəçevir şəhər MİS tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Şəxs ünvan 1 ünvanında yaşamır. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, inzibati tənbeh tətbiq etmə müddəti başa çatmışdır. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs qaçıb gizləndiyindən məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmiş və inzibati xəta haqında işin icraatı dayandırılmışdır. Lakin Şəxs məhkəməyə gətirilməsi mümkün olmamışdır. İnzibati xətanın xx.xx.2021-ci il tarixdə törədildiyini nəzərə alsaq, hazırkı vaxtda inzibati xətanın törədildiyi vaxtdan bir il müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətadan 1 ildən çox müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM–nin 53.0.6–cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar