Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-8/2023 02.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X16, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X10 iştirakı ilə, xx.xx.1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, KİRS MMC-də işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məmmədov X4 şəhər məhkəməsinin 2(051)-685/2022 saylı, 19 may 2022-ci il tarixli icra sənədi üzrə tələbkarın evə köçürülməsinə maneə yaratdığına görə barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati protokola əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 19 may 2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı X5 xx.xx.2008-ci il tarixdə doğulmuş Muraz və xx.xx.2010-cu il tarixdə doğulmuş Cəsur adlı uşaqları ilə birlikdə onun mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi nəzərdə tutulmuşdur. Lakin həmin qətnamədən sonra o, X1 verməkləmübahisəli mənzildən istifadə huququna xitam verilməsnə dair Mingəçevir şəhər məhkəməsinə müraciət etmiş və Mingəçevir şəhər məhkəməsinin qətnaməsi ilə X8 6000 (altı min) manat kompensasiya verilməklə, onun mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onun istifadə hüququna xitam verilmiş, X2 şəhəri Ş.İ.Xətai küçəsi, ev 10, mənzil 15 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. X2 şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Ona görədə X2 şəhəri Ş.İ.Xətai küçəsi, ev 10, mənzil 15 ünvanında yerləşən mənzilə köçürülməsinə icazə vermir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X3 xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X16 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 19 may 2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı X5 xx.xx.2008-ci il tarixdə doğulmuş Muraz və xx.xx.2010-cu il tarixdə doğulmuş Cəsur adlı uşaqları ilə birlikdə cavabdeh Şəxs mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi nəzərdə tutulmuşdur. İcra sənədini icra etmə vəzifəsi və icra etməmənin hüquqi nəticələri Şəxs izah olunmuş, lakin o, icra sənədini icra etməkdən boyun qaçırmışdır. Ona görə də barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş və məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məmmədov X4 şəhər məhkəməsinin 2(051)-685/2022 saylı, 19 may 2022-ci il tarixli icra sənədi üzrə tələbkarın evə köçürülməsinə maneə yaratdığına görə barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-688/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir. Qərardan narazı qalan tələbkar X2 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)- 688/2022 saylı qərarından apelyasiya şikayəti verimişdir. Bundan sonra inzibati iş tələbkar X11 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması üçün Şəki Apelyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 3(107)-379/2022 saylı xx.xx.2022-ci il -ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs X11 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 3(051)- 688/2022 nömrəli qərarı ləğv edilmiş, İnzibati xəta haqqında iş yenidən baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranan münasibətlər təşkil edir. Bu inzibati xətanın tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə iclasında Şəxs məhkəmə qərarının üzrsüz səbəbdən və qəsdən icra etməməsi müəyyən olunmadı. Belə ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qətanməsi ilə İddiaçı Şəxs tərəfindən cavabdehlər X6 5000 (beş min) manat, X7 5000 (beş min) manat kompensasiya verilməklə, iddiaçı Şəxs mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onların istifadə hüquqlarına xitam verilmiş, İddiaçı Şəxs tərəfindən cavabdeh X8 6000 (altı min) manat kompensasiya verilməklə, iddiaçı Şəxs mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onun istifadə hüququna xitam verilmiş, cavabdeh X11 iddiaçı Şəxs mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. Bundan sonra cavabdeh X2 şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi məhkəmənin qətnaməsi əsasında X5 6000 (altı min) manat kompensasiya verilməklə, iddiaçı Şəxs mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onun istifadə hüququna xitam verilmiş, cavabdeh X11 iddiaçı Şəxs mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. Bu halda Hafizə Məmmədovanın istifadə hüququna xitam verdildiyi və mənzildən çıxarıldığı qət edildiyi halda yenidən həmin mənzilə köçürülməsi ilə bağlı Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin borclu Şəxs barəsində protokol tərtib edərək onun inzibati məsuliyyətə cəlb edilməsinin heç bir hüquqi əsası qalmamışdır. Məhkəmə hesab edir ki, Hafizə Məmmədovanın qeyd olunan mənzilə olan istifadə hüququnun məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında itirilməsi ilə onun həmin mənzilədə yenidən köçüb yaşaması üçün heç bir hüquqi əsaslar mövcud deyildir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi üçün əsaslar mövcud olmadığından onun barəsində olan inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə olan halda İXM-nin 528.1-ci maddənin tərkibi yaranmır. Bu səbəbdən də Şəxs barəsində inzibati tənbeh tətbiq etmək məqsədə müvafiq deyil. İcra məmuru tərəfindən təqdim olunmuş sənədlərdən, borclunun izahatında da görünür ki, Şəxs borcunu qərəzli icra etməməsi barədə iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Ona görə iş üzrə əməldə tərkib olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-8/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-8/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver