Məhkəmə qərarları › İş №3(051)-8/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-8/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-8/2025 10.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1967–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Mingəçevir şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-24/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli 3(051)-269/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 3(051)-269/2024 nömrəli qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(107)-200/2024 saylı qərarı ilə tələbkar Zərərçəkmiş şəxs şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 3(051)-269/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-24/2023 saylı qətnaməsinin izah edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-24/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(051)-24/2023 saylı qətnaməsinin qət etdi hissəsinə aşağıdakı məzmunda izah verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(051)-24/2023 saylı qətnaməsinin qət etdi hissəsində göstərilmiş “Mingəçevir şəhəri, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ilə 36/14 №-li ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin sərhəd nöqtələrində iddiaçı Zərərçəkmiş şəxs tərəfindən tikinti norma və qaydalarına uyğun, hündürlüyü 2 metr 20 santimetrdən çox olmamaqla hasarın çəkilməsi” ifadəsi, “Mingəçevir şəhəri, Babək küçəsində yerləşən Zərərçəkmiş şəxs mülkiyyətində olan 36/14 ”A” saylı fərdi yaşayış evi ilə cavabdeh Şəxs mülkiyyətində olan 36/14 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydə alınmış sahalərinin sərhəd divarlarının birləşmə nöqtəsindən perpendikulyar istiqamətdə iddiaçı Zərərçəkmiş şəxs tərəfindən tikinti norma və qaydalarına uyğun, hündürlüyü 2 metr 20 santimetrdən çox olmamaqla sərhəd hasarının çəkilməsi”ni ehtiva edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 3(051)-269/2024 saylı qərarı ilə inzibati xətanı törədən şəxs müəyyən olunanadək inzibati xəta haqqında işin icraatının dayandırılması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli, 2(051)-24/2023 saylı qərardadından cavabdeh Şəxs tərəfindən şikayət verilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-24/2023 saylı qərardadı ilə cavabdeh Şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-24/2023 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş, qərardadlardan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmış, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)-1350/2024 saylı qərardadı ilə cavabdeh Şəxs tərəfindən verilmiş şikayət təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli, 2(051)-24/2023 saylı qərardadı ləğv edilmiş, mülki işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)-24/2023 saylı qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-24/2023 saylı qətnaməsinin izah edilməsinə dair borclu Şəxs ərizəsi təmin edilməmiş, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı hasarın çəkilməsinə cavabdeh tərəfindən maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-24/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsindən imtina edilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-24/2023 saylı qərardadından cavabdeh Şəxs tərəfindən şikayət verilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)-24/2023 saylı qərardadı ilə cavabdeh Şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-24/2023 saylı qərardadından vermiş olduğu şikayət geri qaytarılmışdır. Cavabdeh Həsənova X1 Şəhər Məhkəməsinin 2(051)- 24/2023 saylı, xx.xx.2025-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli 2(051)- 24/2023 saylı qərardadı ilə Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-24/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadından verdiyi şikayət təmin olunmamış, qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(107)- 480/2025 saylı qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)-24/2023 nömrəli qərardadından cavabdeh Şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)-24/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-8/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə saat 11:10-a təyin edilmişdir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-24/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi xx.xx.2025-ci il tarixli tədbirlə təmin edilmiş, otaqların birləşdiyi hissədə sərhəd nöqtə müəyyən edilmiş, qarşı tərəf heç bir maneə yaratmamış, həmin hissədən hasarın çəkilməsi təmin edilmişdir. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun və borclunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-24/2023 saylı icra vərəqəsindən görünür ki, Mingəçevir şəhəri ünvan 3 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ilə 36/14 №-li ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin sərhəd nöqtələrində iddiaçı Zərərçəkmiş şəxs tərəfindən tikinti norma və qaydalarına uyğun, hündürlüyü 2 metr 20 santimetrdən çox olmamaqla hasarın çəkilməsinə cavabdeh Şəxs tərəfindən maneələrin aradan qaldırılması, iş üzrə ekspertiza xərci olan 100(bir yüz) manat iddiaçı Zərərçəkmiş şəxs, 100(bir yüz) manat cavabdeh Şəxs alınıb Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli hasarın çəkilməsinə dair aktın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)- 24/2023 saylı icra sənədi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra olunmuşdur. Beləliklə, tələbkarın izahatını, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Tələbkarın izahatı və iş materialları ilə müəyyən edilir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-24/2023 saylı icra sənədi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra olunmuşdur. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar