Məhkəmə qərarları › İş №3(051)-800/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-800/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-800/2023 12.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X4 Zərərçəkmiş şəxs: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi X3 iştirakı ilə xx.xx.1990-cı il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri Əşya bazarında X2 aralarında mübahizə zamanı döymüşdür. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X7 protokola uyğun izahat verdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, o, X5 ilə 6 aydır ki, tanışdılar və münasibətləri normal olmuş, münasibətləri normal olduğu üçün Lamiyə Məmmədovaya ikinci ailəsi kimi baxacağını bildirmiş, lakin son zamanlar münasibətləri pozulduğu üçün aralarındakı razılaşmaya əsasən münasibətlərinə son qoymuşlar. Lakin xx.xx.2023-cü il tarixdə Lamiyə Məmmədova onun mobil telefonuna zəng edərək ona və ailəsinə qarşı kobud sözlər demiş, bu səbəbdəndə o, Lamiyə Məmmədovanın işlədiyi salona gedərək ona öz iradını bildirmiş, bu zaman Lamiyə Məmmədova ona qarşı kobud sözlə işlətmiş və sonuncunun üzərinə gedərək Lamiyə Məmmədovanın boğazından tutmuş, daha sonra sol qolunu burub itələmişdir ki, ondan aralaşsın. Bu səbəbdən də X5 əsəbləşərək DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət etmişdir. Ona görə də izahatında göstərilənləri nəzərə almaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı Şəxs müdafiəçisi X6 izahatında bildirdi ki, İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə cəlb olunur, lakin məhkəmə tibbi ekspertizanın rəyində də göründüyü kimi X1 bədənində heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmədən inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs onun işlədiyi salona gələrək ona hansı səbəbə zənglərini açmadığını, həmçinin ona qarşı fikrinin ciddi olduğunu, ikinci ailəsi kimi baxacağını bildimiş, o, isə onu narahat etməməsini, ikinci ailəsi olmaq istəmədiyini bildirmişdir. Bundan sonra Şəxs onun üzərinə gedərək dəsmal ilə onun boğazından tutmuş, daha sonra sol qolunu burub itələmişdir. Bu səbəbdən də o, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir və məhkəmədən onun barəsində sərt tədbir görülməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində AR İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan xx.xx.2023-cü tarixli ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilərək Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. İşdə olan 18 sentyabr 2023-cü il tarixli Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya biliyinin 665 saylı rəyindən görünür ki, X1 müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmamışdır. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X1 vuraraq, sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döyməsi həmçinin ekspert rəyi və iş materialları ilə təkzib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsin Şəxs tərəfindən döyülməsi əks olunsa da lakin işdə olan 18 sentyabr 2023-cü il tarixli Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya biliyinin 665 saylı rəyində bu hal öz təsdiqini tapmamışdır. Belə ki, ekspertin sözü gedən rəyindən görünür ki, X1 müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmamışdır. Eyni zamanda bu hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs isə yalnız öz izahatında göstərdiyi dəlillərə əsaslanaraq barəsində protokol tərtib edilmiş şəxsin ona xəsarət yetirməsini bildirməklə kifayətlənmişdir. Təhqiqat orqanı tərəfindən isə heç bir əlavə sübut inzibati xəta haqqında icraat materiallarına əlavə edilməmişdir. Belə olan halda Şəxs əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına əsaslı şübhələr yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyi sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar