Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-801/2022 28.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili X1 və Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Ağdam rayonunda doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə müəyyənetdi: Şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddlərin satış məqsədi olmadan şəxsi istehlak miqdarında istifadə etməsi müəyyən olunmuş, şüphəli kimi saxlanılaraq polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdilər. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 1989-cu ildə qardaşı Fərhad Rusiya Federasiyasının Tumenski oblast şəhərində qətl hadisəsi törətmişdir. Ona görə də 10 il həbs cəzası alaraq türmədə qalmışdır. 2010-cu il tarixdə həmin ünvanda ölən şəxsin qardaşı ədavət çəkərək onu həmin şəhərin restoranlarının birində güllələdi onlar 4 nəfər idi iki nəfər öldü iki nəfər sağ qaldı. Rusiya Federasiyasının polis əməkdaşları tərəfindən həmin şəxsləri tutaraq məsuliyyətə cəlb etmişdir. Ola bilsin ki, keçmişdə olan hadisələrlə bağlı dedi qodu ola bilər. O, heç bir kriminal aləmin üzvü deyil. O, həmçinin birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Ona görə də izahatında qeyd olunanların nəzərə alınmasını xahiş edir. Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili X2 izahatında göstərdi ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddlərin satış məqsədi olmadan şəxsi istehlak miqdarında istifadə etməsi müəyyən olunmuş, şüphəli kimi saxlanılaraq polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdilər Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı həmçinin onun şəxsiyyətinin yəni, narkomaniyadan xəstəliyindən əzab çəkməsini nəzərə alaraq məhkəmə hesab edir ki, ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, iş materialında olan 28 noyabr 2022-ci il tarixli 1796 nömrəli rəydən görünür ki, Şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinin tələbinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Odur ki, Məhkəmə hesab edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məcburi müalicə Şəxs həbs müddəti başa çatdıqdan sonra icra edilməlidir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 26 noyabr 2022-ci il tarixdən, saat 13:00-dan hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Məcburi müalicə Şəxs həbs müddəti başa çatdıqdan sonra icra edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-801/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-801/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver