Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-801/2023 12.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Mingəçevir Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı m ü ə y y ə n e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, həmin protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Çünki, daxil olmuş inzibati xəta haqqında materialların icraata qəbul edilməsi məsələsi araşdırılarkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol aidiyyat qaydalarına uyğun məhkəməyə verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcələnin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Belə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Lakin prtokolda inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surətinin verilməsi barədə qeyd yoxdur. Əlavə olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hərbici olduğunu bildirmişdir. Odur ki, tərtib olunmuş protokol hərbi məhkəmələrin aidiyyatı olduğu üçün həmin məhkəmələrə verilməlidir.Yuxarıda sadalanan xüsusatlarla bağlı təqdim olunmuş protokol aidiyyat qaydalarına uyğun düzgün tərtib olunmadığına görə həmin materiallar onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə görə protokol düzgün tərtib olunmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material və əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə qaytarılsın. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-801/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-801/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver