Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-802/2022 15.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X3 Tələbkar: Zərərçəkmiş şəxs və nümayəndəsi (vəkil) Nümayəndə İcra sənədi üzrə borclu: X4 və vəkili Vəkil iştirakı ilə xx.xx.1958-ci il tarixdə Goranboy rayonunun Faxralı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Mingəçevir şəhər X1 direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu X4 barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Zərərçəkmiş şəxs Mingəçevir şəhər X1 M.F.Axundov adına 12 saylı filialına kitabxanaçı vəzifəsinə bərpa edilməsini və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymaraq icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə X7 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Mingəçevir şəhər X1 direktorunun xx.xx.2020-ci il tarixli 33 saylı əmri etibarsız hesab edilmiş və Zərərçəkmiş şəxs Mingəçevir şəhər X1 M.F.Axundov adına 12 saylı filialına kitabxanaçı vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçı Zərərçəkmiş şəxs məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi qərara alınmışdır. Lakin borculuya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməyərək tələbkarı əvvəlki vəzifəsinə bərpa etməmişdir. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək məhkəmənin qətnaməsini icra etməsi tələb olunmuş, lakin hazırki vaxtadək o, tələbkarı vəzifəsinə bərpa etməmişdir. Borclu məhkəmə qətnaməsindən apelyasiya şikayəti verdiyi və yaxud işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsini bəhanə edərək, qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Lakin hazırkı vaxtadək borclunun məhkəmə qətnaməsindən apelyasiya şikayəti verməsi öz təsdiqini tapmamışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu X7 izahatında göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-298/2022 saylı qətnaməsi ilə onun xx.xx.2020-ci il tarixli 33 saylı əmri etibarsız hesab edilmiş və Zərərçəkmiş şəxs Mingəçevir şəhər X1 M.F.Axundov adına 12 saylı filialına kitabxanaçı vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçı Zərərçəkmiş şəxs əmək haqqı ödənilməsi qərara alınmışdır. Lakin hazırda vakant yer olmadığı, həmçinin həmin vəzifəyə təyinat, yəni işəqəbul müsabiqə ilə olduğu üçün məhkəmə qətnaməsini icra edə bilmir. Çünki tələbkar həmin işəqbul imtahanında iştirak etməmişdir. Bundan əlavə məhkəmənin qeyd edilən qətnaməsindən apelyasiya şikayəti verəcəkdir. Bir neçə dəfə apelyasiya şikayəti versə də, əsassız olaraq geri qaytarılmışdır. Hazırda həmin qaytarma qərardadlarından şikayət vermişdir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, məhkəmədən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş edir. Borclunun vəkili Vəkil məhkəmə iclası zamanı borclu ilə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etdi və məhkəmədən inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı tələbkarın nümayəndəsi göstərdi ki, məhkəmənin sözügedən qətnaməsi ilə təmsil etdiyi şəxsin Mingəçevir şəhər X1 M.F.Axundov adına 12 saylı filialına kitabxanaçı vəzifəsinə bərpa edilməsi qət edilsə də, borclu tərəfindən icra edilmir. Belə ki, borclu təmsil etdiyi şəxslə qərəzli olduğu üçün həmin vəzifəyə bərpa edilməmişdir. Borclu onun şikayətlərinə də məhəl qoymamışdır. Hesab edir ki, borclu qəsdən icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də onun əməlində inzibati xəta tərkibi vardır. Odur ki, məhkəmədən borclunun barəsində qanunda nəzərdə tutulmuş daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Tələbkarın nümayəndəsi (vəkili) tələbkarla eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etdi və məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Mingəçevir şəhər X1 direktorunun xx.xx.2020-ci il tarixli 33 saylı əmri etibarsız hesab edilmiş və Zərərçəkmiş şəxs Mingəçevir şəhər X1 M.F.Axundov adına 12 saylı filialına kitabxanaçı vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçı Zərərçəkmiş şəxs əmək haqqı ödənilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli tələbin dərhal icrası haqqında bildirişin surətindən görünür ki, ondan xx.xx.2022-ci il tarixli 2(051)-298/2022 saylı icra sənədi üzrə tələbi dərhal icra etməyi tələb edilmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, borcludan icra sənədini tam şəkildə icra etməsi tələb edilmiş, əks halda barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş xx.xx.2022-ci il tarixli 8(051)-165/2022 saylı qərardaddan görünür ki, Mingəçevir şəhər X1 direktoru X4 məcburi qaydada Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışıdır. Beləliklə, icra orqanının nümayəndəsinin, borclunun və tələbkarın izahatları, eləcə də icra işinin materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhər X1 direktoru X2 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-298/2022 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Məhkəmə, həmçinin qeyd edir ki, borclunun icra sənədinin verilməsinə əsas olan qətnamədən apelyasiya şikayəti verilməsini təsdiq sənəd iş materiallarına əlavə edilməmiş, apelyasiya şikayətinin qaytarılmasına dair qəradadlardan şikayət verilməsi isə icra sənədinin icrasının dayandırılması üçün əsas deyildir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X4 ilk dəfə inzibati xəta törətməsini, qadın olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, icra məmuru tərəfindən X6 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də ödəməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 33.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, X4 hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, qadın olmasını, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, X4 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-802/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-802/2022
15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver