Məhkəmə qərarları › İş №3(051)-802/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-802/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-802/2023 13.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun vəkili Vəkil iştirakı ilə xx.xx.1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun qadağan olunmuş hərəkət hissəsində saxlamış, həmin avtomobilin oradan çəkilməsi tələb olunsa da polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri, H.Əliyev prospektində saxlamışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq avtomobili yolun qadağan olunmuş hərəkət hissəsində saxladığını, burada dayanmamasını, oranı tərk etməsini tələb etmişdir. O da polis əməkdaşlarının tələbinə qarşı heç bir tabesizlik etməmişdir. Həmin vaxt əlində siqaret olmuş, polis əməkdaşları siqaret çəkməməsini bildirəndə, o, bu zaman da onların tələblərinə tabe olmuşdur. Sonra polis əməkdaşları ona polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, avtomobili işlək vəziyyətdə olduğuna görə söndürmək üçün əyilmiş, həmin vaxt polis əməkdaşı onun kəmərindən tutaraq dartmış və polis maşınına mindirmişdir. Halbuki, o, özü polis əməkdaşlarının tələbinə tabe olaraq polis şöbəsinə getməyə razılıq vermişdir. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-də PPXB-nin komaandir vəsifəsində işləyən, polis mayoru X1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində xidmətdə olduqları zaman “Mercedes-Benz” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomaşının Mingəçevir ŞPŞ-nin inzibati binasının mühafizə hasarının yanında, yolun qadağan olunmuş hərəkət hissəsində saxladığına və hərəkətə maneçilik yaratdığına görə ona yaxınlaşaraq irad bildirmiş və avtomaşını həmin hərəkət hissəsindən çəkməsini tələb etmiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bununla əlaqədar onlar həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Sonra isə o, avtomaşına minib hadisə yerindən qaçmağa cəhd etmişdir. Ona görə də həmin şəxs polis şöbəsinə aparılmış, orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Ondan sonra yol patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlmiş və şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 və X2 da X1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun qadağan olunmuş hərəkət hissəsində saxlamış, həmin avtomobilin oradan çəkilməsi tələb olunsa da, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli EQ N 17443371 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun qadağan olunmuş hərəkət hissəsində saxladığına görəavtomobil duracağa aparılmış və onun barəsində Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun qadağan olunmuş hərəkət hissəsində saxlamış, həmin avtomobilin oradan çəkilməsi tələb olunsa da, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs izahatında inzibati xəta törətməməsi və polisin qanuni tələblərinə əməl etməsi ilə bağlıistinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun deyildir. Belə ki, məhkəmə iclası zamanı tərəflərin iştirakı ilə Mingəçevir ŞPŞ-nin inzibati binasının müşahidə kamerasına keçirilmiş baxış amanı inzibati xəta törətmiş şəxsin polsin qanuni tələblərinə tabe olmaması və avtomobilə minib hadisə yerindən qaçmağa cəhd etməsi öz əksini tapmışdır. Ona görə də məhkəmə inzibati xəta törətmiş şəxs Vüqar Ələkbərun formal mülahizələrlə inzibati xəta törətmədiyini bildirməsini əsaslı hesab etmir. Məhkəmə, həmçinin nəzərə alır ki, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 12 oktyabr 2023-cü il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar