Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-804/2021 25.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quliyev Tahir Həsən oğlunun iştirakı ilə, xx.xx.1959-cu ildə Ermənistan Respublikasında anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Quliyev Tahir Həsən oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş İXP ******* saylı 16.09.2021ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda yaşayan Quliyev Tahir Həsən oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etmədiyinə görə barəsində İXM-nin 529.3-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. X4 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, 06.05.2021-ci il tarixdə İXM-nin 346.1-ci maddəsinə əsasən 20 manat inzibati cərimə olunmuşdur. Lakin maddi imkanı olmadığı üçün əvvəllər cəriməni ödəməmişdir. Hazırda cəriməni ödəmişdir. Heç bir inzibati cəriməsi yoxdur. Ona görə də inzibati məsuliyyətdən azad olunmasını xahiş edir. İşdə olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edirəm ki, Quliyev Tahir Həsən oğlu tərəfindən inzibati cərimə ödənildiyinə görə inzibati məsuliyyətdən azad olunmalıdır. İş materiallarından görünür ki, Quliyev Tahir Həsən oğlu 20 manat cərimə, 12 manat dəbbə. cəmi 32 manat pul ödəməlidir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Quliyev Tahir Həsən oğlu 32.00 manat ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeydində göstərilmişdir ki. 529.3-cü maddəsi ilə inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40. 43, 48-51. 114-cü maddələrini rəhbər tutub. Qərara aldım: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə məhkəməyə verilmiş Quliyev Tahir Həsən oğlu inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-804/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-804/2021
25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver