Məhkəmə qərarları › İş №3(051)-806/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-806/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-806/2022 20.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Həsənli Cavid Qurban oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası DANX-dan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 16 noyabr 2022-ci il tarixdə saat 12:05 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində Mercedes Benz markalı **-BM-*** qeydiyyat nişanlı avtobusla 5 saylı marşrutla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olması ilə əlaqədar tələb olunan sənədləri səlahiyyətli əməkdaşlara təqdim etməmiş və X1 Xidmətinin Yevlax Regional Şöbəsinin səlahiyyətli əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirilməsinə mane olmuşdur. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə də təsdiq olunmuşdur. X1 Xidmətinin Yevlax Regional Şöbəsinin səlahiyyətli əməkdaşı məhkəmə iclası zamanı protokolun dəlillərini müdafiə etdi və məhkəmədən göstərilənlərə əsasən qərar qəbul edilməsini xahiş etdi. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 noyabr 2022-ci il tarixdə saat 12:05 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində Mercedes Benz markalı **-BM-*** qeydiyyat nişanlı avtobusla 5 saylı marşrutla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olması ilə əlaqədar tələb olunan sənədləri səlahiyyətli əməkdaşlara təqdim etməmiş və X1 Xidmətinin Yevlax Regional Şöbəsinin səlahiyyətli əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirilməsinə mane olmaqda təqsirli bilinmişdir. İşdə olan 16 noyabr 2022-ci il tarixli Aktdan görünür ki, X1 Xidmətinin Yevlax Regional Şöbəsinin səlahiyyətli əməkdaşları xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla Şəxs tanış etdiklərini və barəsində protokol tərtib olunmuş şəxsin protokolu qəbul etməkdən, imza etməkdən və izahat verməkdən imtina edib. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.

12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

31. Fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır.

552. Avtomobil nəqliyyatı ilə srənişin və yük daşımalarınıyerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinn yerinə yetriliməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli mnanat miqdarında cərimə edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasıvə digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində 50 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi daha məqsədə müvafiq olmaqla, onun əməlinə adekvat sayıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar