Məhkəmə qərarları › İş №3(051)-807/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-807/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-807/2023 18.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Borclu : Şəxs Tələbkar: X18, X3 və X10 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 iştirakı ilə xx.xx.1988-ci ildə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi A- 109 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Orucov X8 şəhər Məhkəməsinin 2(051)-313/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 8300 manat borcun alınıb tələbkar X12, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-3837/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 3000 manat və 30 manat dövlət rüsumunun alınıb tələbkar X13, X19 Xidmət Mərkəzinin Notariat Ofisinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 2500 manat və 25 manat dövlət rüsumunun alınıb tələbkar X14, Xocalı rayon Məhkəməsinin 2(070)-34/22 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 474,4 manat alınıb tələbkar ABC Telekom MMCyə və Mingəçevir şəhər Məhkəməsinin 2(051)-596/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 500 manat və 30 manat dövlət rüsumunun alınıb X1na ödənilməsi üçün xəbərdarlıq edilməsinə, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və eyni icra sənədini təkrar icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs Mingəçevir şəhər Məhkəməsinin 2(051)-313/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 8300 manat borcun alınıb tələbkar X12, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-3837/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 3000 manat və 30 manat dövlət rüsumunun alınıb tələbkar X13, X19 Xidmət Mərkəzinin Notariat Ofisinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 2500 manat və 25 manat dövlət rüsumunun alınıb tələbkar X14, Xocalı rayon Məhkəməsinin 2(070)-34/22 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 474,4 manat alınıb tələbkar ABC Telekom MMC-yə və Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 596/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 500 manat və 30 manat dövlət rüsumunun alınıb X1na ödənilməsi qət edilmişdir. Lakin borclu tərəfindən qeyd olunan icra vərəqələri icra edilməmiş, ödənişlər təmin edilməmiş və icr vərəqələri üzrə cəmi 13394 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Hazırda onun qeyd olunan icra vərəqələri üzrə cəmi 13394 manat məbləğində borcu vardır. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-67/2023 saylı qərarı ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətə inzibati qaydada həbs edilmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-662/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat məbləğində alimentin tutularaq X15 ödənilməsinə dair, Mingəçevir şəhər məhkəməsinin 2(051)- 3837/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 3000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınaraq X13 ödənilməsinə dair, X19 xidmət mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən borcludan 2500 manat məbləğində pul və 20 manat dövlət rüsumunun alınıb X14, Mingəçevir şəhər məhkəməsinin 2 (051)-313 saylı icra sənədinə əsasən 8300 manat məbləğində pulun alınaraq tələbkar Rəhman Babayevə verilməsinə dair, Xocalı rayon məhkəməsinin 2(070)- 34/2021 saylı icra sənədinə əsasən borcludan 474,40 manat məbləğində pul və 40 manat dövlət rüsumunun alınıb Abc Telekom MMC- ə verilməsinə dair Mingəçevir şəhər məhkəməsinin 2(051)-596/2022 saylı icra sənədinə əsasən borcludan 500 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınıb X4 ödənilməsi müəyyən edilmişdir. O, icra sənədləri üzrə borcunu ödəməkdən yayınmır. Belə ki, maddi imkanı yaxşı olmadığı üçün icra sənədi üzrə yaranmış borcu ödəyə bilməmişdir. Heç bir yerdə işləmir. Lakin ayın sonu işlə təmin olunacaq ona görə də ayın sonun kimi ona vaxt verilməsini xahiş edir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X19 xidmət mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən borcludan 2500 manat məbləğində pul və 20 manat dövlət rüsumunun alınıb ona verilməsi qət edilmişdir. Lakin borclu Şəxs ona olan borcundan ödəniş etmir. Borcun hissə-hissə ödənilməsinə razı deyil. Ona görə də Şəxs barəsində həbs növündə inzibati tənbeh qərarının qəbul edilməsini xahiş etdi. X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Mingəçevir şəhər məhkəməsinin 2 (051)-313 saylı icra sənədinə əsasən 8300 manat məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Lakin borclu Şəxs ona olan borcundan ödəniş etmir. Borcun hissə-hissə ödənilməsinə razı deyil. Ona görə də Şəxs barəsində həbs növündə inzibati tənbeh qərarının qəbul edilməsini xahiş etdi. X1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-596/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 500 manat və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi qət edilmişdir. Lakin borclu Şəxs ona olan borcundan ödəniş etmir. Borcun hissə-hissə ödənilməsinə razı deyil. Ona görə də Şəxs barəsində həbs növündə inzibati tənbeh qərarının qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq digər borclular məhkəmə iclasında iştirak etmirlər və səbəbləri barədə də məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün sayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-313/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 8300 manat borcun alınıb tələbkar X12 verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-3837/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 3000 manat və 30 manat dövlət rüsumunun alınıb tələbkar X13 verilməsi qət edilmişdir. İşdə olan X19 Xidmət Mərkəzinin Notariat Ofisinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 2500 manat və 25 manat dövlət rüsumunun alınıb tələbkar X14 verilməsi qərara alınmışdır. İşdə olan Xocalı rayon Məhkəməsinin 2(070)-34/22 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 474,4 manat alınıb tələbkar ABC Telekom MMC-yə verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-596/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 500 manat və 30 manat dövlət rüsumunun alınıb X1na verilməsi qət edilmişdir. İşdə olan xəbərdarlıq və izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-422/2023 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. Beləliklə, məhkəmə icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən etdi ki, Orucov X8 şəhər Məhkəməsinin 2(051)-313/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-3837/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin, X19 Xidmət Mərkəzinin Notariat Ofisinin xx.xx.2021-ci il tarixli icra sənədinin, Xocalı rayon Məhkəməsinin 2(070)-34/22 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin və Mingəçevir şəhər Məhkəməsinin 2(051)-596/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin üzrə 500 manat və 30 manat dövlət rüsumunun alınıb X1na ödənilməsi üçün icrasından qəsdən boyun qaçırmış, İnzibati Xətalar Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı təkrar törətmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə borclu olduğu məbləği ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi və barəsində olan inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindikdən sonra 1 il ərzində eyni inzibati xətanı təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır və o həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 28 (iyirmi səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 18 oktyabr 2023–cü il tarixdən saat 18:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar