Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-813/2023 13.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, X10 Xidmətinin Yevlax Regional şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, xx.xx.1993-cü ildə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Yevlax rayonu Tanrıqulular kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X10 Xidmətinin Yevlax Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: X10 Xidmətinin Yevlax Regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* №li protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:05-də Mingəçevir şəhəri H.Əliyev prospektində reyd zamanı idarə etdiyi “Mersedes-B” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuşdur. Şəxs qanunvericiliklə nəzərdə tutulmuş sənədləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X10 Xidmətinin Yevlax Regional şöbəsinin əməkdaşlarına təqdim etməmişdir. X10 Xidmətinin Yevlax Regional şöbəsinin nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixli 02 №li Əmrinə əsasən, xx.xx.2023-cü il tarixdə, saat 09:05-də Mingəçevir şəhəri H.Əliyev prospektində reyd zamanı X12 idarə etdiyi “Mersedes-B” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuşdur. Şəxs qanunvericiliklə nəzərdə tutulmuş sənədləri təqdim etməkdən imtina etmişdir. Şəxs barəsində xx.xx.2023cü il tarixli MN0315436 №li inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə iclasında təqdim olunmuş 10 oktyabr 2023-cü il tarixli 2 saylı əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax regional idarəsinin daşıyıcılar tərəfindən avtomobil nəqliyyatı ilə sərnişindaşıma qaydalarına və tələblərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi ilə bağlı 11 oktyabr 2023-cü il tarixdə saat 17:00-dək H.Əliyev prospekti 110, X2rşısında reyd keçirilməsi əmri verilmişdir. İşdə olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax regional idarəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN0315436 №li protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:05 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 110-da reyd zamanı Şəxs “Mersedes-B” markalı, **- VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz sərnişindaşınma fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax regional idarəsinin inspektorları X7, X5 və X1 şəhəri H.Əliyev prospekti 110-da reyd zamanı sürücü X8 ona məxsus “Mersedes-B” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu aşkar edilmiş və o, qanunvericiliklə nəzərdə tutulmuş sənədləri təqdim etməmişdir. Şəxs törətdiyi inzibati xətanın mahiyyəti izah olundu və inzibati protokol tərtib olunacağı xəbərdarlıq edildi. Lakin o, protokolla bağlı izahat vermək, protokola imza etməkdən və protokolun sürətini qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinə əsasən, Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Şəxs əmr əsasında keçirilən reyd zamanı tələb olunan sənədləri müvafiq icra hakimiyyəti orqanının əməkdaşına təqdim etməmiş, bununla da Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs inzibati tənbeh növü təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh növü təyin edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-813/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-813/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver