Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-815/2024 17.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X8, borclu Şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də flot ustası, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri Nərimanov rayonunda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna görə borclu Şəxs Biləsuvar Rayon Məhkəməsinin 2(022)-20/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə 3190 manat aliment borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır və icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Proses iştirakçılarının izahatları: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-20/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə Şəxs xx.xx.2008-ci il təvəllüdlü Kamilə adlı uşağın saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment, habelə əlavə olaraq hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Lakin borclu Şəxs borcunu tam ödəməmiş, nəticədə 3190 manat məbləğində borcu yaranmışdır. Ona görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ondan Biləsuvar Rayon Məhkəməsinin 2(022)-20/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə xx.xx.2008-ci il təvəllüdlü Kamilə adlı uşağın saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment, habelə əlavə olaraq hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Maddi imkanı olmadığına görə borcu tam ödəyə bilməmişdir. Bundan başqa elə bir əmlakı da yoxdur ki, satıb tələb olunan aliment borcunu ödəsin. Hazırda işləyir, qalan aliment borcunu hissə-hissə ödəyəcəkdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək göstərmişdir ki, borclu hər ay aliment ödəsə də tam ödəmir, aliment borcu vardır. Borclu Şəxs aliment borcundan müxtəlif vaxtlarda 200 manat və 150 manat olmaqla cəmi 350 manat məbləğində pul ödəmişdir. Qalan borcunu ödəməsinə söz verdiyi üçün qəbul edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan sübutlar: Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-20/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə X2 xx.xx.2008-ci il təvəllüdlü Kamilə adlı uşağın saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment, habelə əlavə olaraq hər ay 50 (əlli) manat, yəni minimum aylıq əmək haqqıməbləğinin 0,15 (sıfır tam yüzdə on beş) misli miqdarında, sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. “İcraata başlamaq haqqında” qərardan görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-20/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraatın başlanılması qərara alınmışdır. X3 xx.xx.2024-cü il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixdə borclu X1 Şəhər İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və izahatı alınmışdır. Mingəçevir İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərarı ilə borclu X5 barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.(...) 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır:114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;(...) 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb olunur. Məhkəmənin mövqeyi: Tələbkarın ərizəsi və borclunun izahatı, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Tələbkarın və borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-815/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-815/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver