Məhkəmə qərarları › İş №3(051)-818/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-818/2021

17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-818/2021 17.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1 ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-818/2021 №li, 25.10.2021-ci il tarixli qərarından verdiyi şikayətinə baxaraq Müəyyən etdim: Mingəçevir şəhər DYPB tərəfindən tərtib olunmuş 07.10.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etmədiyi üçün barəsində İXM-nin 529.3cü maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər məhkəməsinin 3(051)-818/2021 №li, 25.10.2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmşdır. Qocayev X2 Şəhər Məhkəməsinin 3(051)-818/2021 №li, 25.10.2021-ci il tarixli qərarından şikayət vermişdir. Sonra Şəxs ərizə verərək şikayətin baxılmadan qaytarılmasını xahiş etdi. Hesab edirəm ki, şikayət verən Şəxs ərizəsi nəzərə alınmalı, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 132-133-cü maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-818/2021 №li, 25.10.2021-ci il tarixli qərarından verdiyi şikayəti baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar