Məhkəmə qərarları › İş №3(051)-819/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-819/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-819/2024 09.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 iştirakı ilə, X2 oğlunun Mingəçevir şəhər DYPB-nin TP ******* №li, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Mingəçevir şəhər DYPB-nin inzibati xəta haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində inzibati qərar qəbul edilmiş X1 şəhər DYPB-nin həmin qərarından şikayət verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində sağ sahil Təbriz küçəsi, Həsənoğlu inşaat mağazasının qarşısında VAZ 21074 minik markalı 90UM983 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşıda hərəkətdə olan Mersedes minik markalı maşının sürücüsü səf dönmə əməliyyatı edərək, qəza vəziyyəti yaratmışdır. Belə vəziyyətdə məndə qəzanın qarşısını almaq üçün idarə etdiyim maşını sola hərəkət etdirdim və bu zaman maşının ön hissəsi toqquşma nəticəsində əzilərək sıradan çıxmışdır. Mersedes minik markalı maşın dönmə əməliyyatı apardığı hissədə düz xətt olduğu üçün dönmə əməliyyatı aparmaq qadağandır. Belə bir səff nəticəsində qəzalı vəziyyət yaranmışdır. Qəza nəticəsində maşınım ciddi zədələnmişdir. Hadisə yerinə Yol Polisi əməkdaşları gələrək heç bir araşdırma aparmadan protokol tərtib etdilər. Mingəçevir şəhəri X5 Anar tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə barədə tənbeh tətbiq edilmişdir. Mən həmin qərarla razı deyiləm. Belə ki, heç bir günahım olmadığı halda, bunun əksi olaraq qarşıda hərəkətdə olan Mersedes minik markalı avtomoblin sürücüsü tərəfindən dönmə əməliyyatının düzgün aparılmamasına görə hadisə baş versədə, mənim barəmdə inzibati protokol tərtib edilərək qərar çıxarılmışdır. Həmin qərarı ədalətsiz lesab edirəm və hesab edirəm ki, hadisə yerinin görüntüləri əsasında yenidən ıraşdırma aparılmalıdır.. Bu səbəbdən müdafiə olunmaq hüququm məhdudlaşmış və şikayət vermək imkanını üzrlü səbəbdən buraxmışdır. Ona görə də Mingəçevir şəhər DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 məhkəmə iclasında eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını, də Mingəçevir şəhər DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv olunmasını barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılımalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat cərimə edilmişdir. Eyni zamanda həmin qərarda iki gün müddətində barəsində qərar qəbul edilmiş şəxsə verilməsi və həmin qərardan rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətinə inzibati xəta haqqında qərardan yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət verilməsi qeyd edilmişdir. Lakin barəsində qərar qəbul edilmiş şəxs nəzərdə tutulmuş müddət ərzində qeyd olunan qərardan şikayət verməmişdir. Belə ki, İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, qeyd olunan qərar xx.xx.2024-cü il tarixdə çıxarılmış, barəsində qərar çıxarılmış şəxs isə həmin qərardan xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi barəsində qərar qəbul edilmiş şəxs nəzərdə tutulmuş müddət ərzində qeyd olunan qərardan şikayət verməmişdir. Belə olan halda isə şikayət ərizəsinin məhkəmə tərəfindən baxılması mümkün deyildir. İşdə olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X4 oğlu Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1– 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X7 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə hesab edir ki, Mingəçevir şəhər DYPB-nin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli TP6810941 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti geri qaytarılmalıdır. Belə ki, X4 xx.xx.2024-cü il tarixli TP6810941 saylı inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest vermək hüququ olduğu halda göstərilən müddət ərzində həmin qərardan şikayət vermək üçün müddətin bərpasına dair məhkəməyə rəsmi qaydada müraciət etməmişdir. Belə olan halda şikayət geri qaytarımalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Mingəçevir şəhər DYPB-nin X2 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə TP ******* №li xx.xx.2024-cü il tarixli qərarın ləğv olunması barədə şikayət ərizəsi geri qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar