Məhkəmə qərarları › İş №3(051)-82/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-82/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-82/2021 08.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində protokol tərtib edilmiş: Şəxs iştirakı ilə xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonu Daryurd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 mənzil 39 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və Mingəçevir şəhəri Günəşli qəsəbəsi 12-ci küçə ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində Mingəçevir şəhərinin H.əliyev prospektində sms icazəsi olmadan hərəkət edərək Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin tələblərinə əməl etməyərək, karantin rejim qaydalarını pozmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilmədi və izahatında göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində Mingəçevir şəhərinin Günəşli qəsəbəsi 12 saylı küçədə yaşadığı evin qarşısında dayanarkən Mingəçevir ŞPŞ-nin əməkdaşları ona yaxınlaşmış və sms icazəsinin olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına yaşadığı evi tərk etmədiyini bildirsə də, polis əməkdaşları onun sözünə məhəl qoymamış və ona Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin tələblərinə əməl etmədiyini bildirərək onu Mingəçevir Şəhər Polis Şöbəsinə gətirmişlər. Mingəçevir ŞPŞ-də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində Mingəçevir şəhərinin Günəşli qəsəbəsi 12 saylı küçədə yaşadığı evin qarşısında dayanarkən, Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən sms icazəsinin olub-olmadığı yoxlanılaraq Mingəçevir ŞPŞ-nə aparılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sözügedən protokolda Şəxs həmin tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində karantin qaydaları rejimini pozduğu göstərilsə də, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin izahatı və işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Şəxs həmin vaxt Mingəçevir şəhəri, H.Əliyev prospektində olmamışdır. Belə olan halda onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına şübhə yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin tələblərinə əməl etməyərək, Mingəçevir şəhəri, H.Əliyev prospektində karantin rejim qaydalarını pozması sübut olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmadığından hazırki inzibati xəta haqqında protokolda göstərilən yerdə, yəni Mingəçevir şəhəri, H.Əliyev prospektində inzibati xəta hadisəsi olmamaışdır. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin tələblərinə əməl etməyərək, Mingəçevir şəhəri, H.Əliyev prospektində karantin rejim qaydalarını pozması iş materialları ilə istisna olunur. Azərbaycan Respublikası İXM–nin 53.0.1–ci maddəsində göstərilmişdir ki inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında işin icraatına inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar