Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-82/2023 06.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Barəsində qərar çıxarılmış X7 Mingəçevir şəhər YNH inspektoru, polis kapitanı X11 Zərərçəkmiş şəxs X8 iştirakları ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər YNH inspektorunun xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X14 DİN DBYP-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər YNH inspektorunun xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Mingəçevir şəhər X16 Hüquqi şəxsin X10 Yardım Stansiyasında çağırışçı-sürücü vəzifəsində işləyir. "X19 Xüsusi Təyinatlı” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı avtomobil 31 dekabr 2022-ci il tarixdə ona təhkim olunmuşdur. Həmin vaxt xəstə çağırışı ilə bağlı Xəstəxanaya məlumat daxil olmuşdur. O da çağırışa getmək istəyən zaman “Vaz-2106” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil Mingəçevir şəhər X13 Hüquqi şəxsin Təcili X1rşısında onun avtomobilinin qarşısına çıxmışdır. Həmin vaxt "Vaz- 2106” markalı avtomobilin qabaq hissəsi cuzi sıyrılmışdır. Belə ki, Mingəçevir şəhər X13 Hüquqi şəxsin Təcili X1rşısında mülki şəxslərin avtomobillərinin saxlanılması qadağandır. Bundan bir müddət sonra Azərbaycan Respublikası DİN Mingəçevir şəhər YNH inspektoru X17 hadisə yerinə gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etdi və bunun da əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etdi. Lakin, o həmin qərarla qəti olaraq razı deyil. Belə ki, Mingəçevir şəhər X13 Hüquqi şəxsin Təcili X1rşısında mülki şəxslərin avtomobillərinin saxlanılması qadağandır. Lakin, hadisə yerinə gəlmiş Azərbaycan Respublikası DİN Mingəçevir şəhər YNH inspektoru X17 mənə qarşı qərəzli mövqe tutmuş, ona təqdim etdiyim yol vərəqəsi sənədinə lazımi qiymət verməmişdir. Bundan başqa Anar Mirzəyev ona qarşı təhqiramiz ifadələr işlədərək çıxıb getdi. Hesab edir ki, YNH inspektoru X17 qərar qəbul edərkən ona qarşı qərəzli mövqe tutmuşdur. Bundan başqa barəsində tərtib edilmiş protokol qanunvericiliyə uyğun olaraq tərtib edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən heç bir halda əsaslandırılmamış və qərar tərtib edilərkən mövcud olunmuş sənədlər tam araşdırılmamış, bu səbəbdən də qanunsuz qərar qəbul etmişdir. X7 əməlində hər hansı bir inzibati xətanın tərkibi olmamışdır. Protokol tərtib edilərkən şahid ifadələrinə və tərəfin izahatına yer verilməmiş, xətanı aşkara çıxaran xüsusi texniki vasitələr haqqında məlumatlar əksini tapmamışdır. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsi ilə inzibati cərimə edilməsinə dair DİN DBYP-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər YNH inspektoru, polis kapitanı X17 məhkəmə iclası zamanı protokolun dəlilərini müdafiə etdi və bildirdi ki, xx.xx.2022-ci il tarixdə Mərkəzi Xəstəxanada qəza olduğu üçün oraya getmişdir. Həmin vaxt Vaz 2106 markalı maşınla xüsusi təyinatlı maşın toqquşmuşdur. X20 lazımi sənədləri istədikdə bu sənədləri təqdim etməmiş və tibbi müayinəyə getməkdən imtina etmişdir. Buna görə də o, xidməti maşınla müayinəyə göndərilmişdir. Bundan əlavə xüsusi təyinatlı nəqliyyat vasitəsi manevr edən zaman sayrışan işıq siqnalından istifadə etməmişdir. Barəsində qərar çıxarılmış X14 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə etdi bildirdi ki, yanacaq doldurduqdan sonra kartı götürmək üçün qayıtmaq istəyərkən qarşısındakı VAZ 2106 saylı avtomobillə toqquşmuşdur. Barışmaq istəsə və zərərçəkmişə dəymiş zərəri ödəməyə cəhd etsə də, aralarında razılığa gələ biməmişdirlər. Protokol tərtib edilərkən onun izahatı alınmamışdır, həmçinin protokolun digər tərtibi qaydalarına riayət olunmamışdır. Zərərçəkmiş şəxs X15 məhkəmə iclası zamanı xüsusi təyinatlı maşın heç bir sayrıcı işıq olmadan arxaya hərəkət edirdi. Onun dayandığını görüb hərəkəti düz istiqamətdə davam etdirən zaman onun sağ tərəfə baxmadan hərəkət etməsi səbəbindən toqquşma baş verdi. Xəsarət alan olmadı, lakin maşına zərər dəymişdir. Məhkəmə, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, X14 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir və X14 protokolla razılaşmamışdır. İşdə olan işdə olan xx.xx.2022-ci il tarixli, TP ******* saylıinzibati tənbeh vermə haqqında qərardan görünür ki, X14 İXP ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 1790 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, hadisə zamanı X5 vəziyyətdə olmamışdır. İş materiallarına xx.xx.2022-ci il tarixində Yol-nəqliyyat hadisəsinin sxemi tərtib edilərək əlavə edilmişdir. İşdə olan yol vərəqəsinə əsasən "X19 Xüsusi Təyinatlı” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı avtomobil 31 dekabr 2022-ci il tarixdə X12 idarə etməyə verilmişdir. İşdə olan DVD-R diskə əsasən nəqliyyat hadisəsinin baş verməsinə dair görüntülər əks olunmuşdur. İş materiallarına əlavə edilmiş X3 şəhər Polis Şöbəsinə izahatında bildirmişdir ki, o, arxaya və qabağa manevr edərkən minik avtomobilinin gəldiyini gec görmüş, öz idarə etdiyi nəqliyyat vasitəsini saxlaya bilməmiş və qəza törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir; “Yol hərəkəti haqqında” AR Qanunun 48.1-ci maddəsinə əsasən üstündə “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar. Həmin qanunun 74-cü maddənin İ hissəsinə əsasən üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Hər bir vəziyyətdə o, nizamlayıcının siqnallarına tabe olmalıdır. Üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. İİ hissəsinə əsasən hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər. Belə ki, maddənin tələbindən göründüyü kimi "X19 Xüsusi Təyinatlı” maşının sürücüsü üstünlük almaq üçün sayrışan işıq və xüsusi səs siqnalını qoşmalı idi. Lakin işin hallarından göründüyü kimi sayrışan işıq və xüsusi səs siqnalından istifadə etməmişdir. Odur ki, həmin nəqliyyat vasitəsinin digər nəqliyyat vasitəsi qarşısında üstünlük hüququ yoxdur. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X14 nun xx.xx.2022-ci il tarixində, saat 17:20-də Mingəçevir şəhəri, Mərkəzi Xəstəxananın həyətində "X19 Xüsusi Təyinatlı” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə əsası gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X4 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X7 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Bakı şəhər X24 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-82/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-82/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver