Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-822/2024 03.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Quliyeva Güləndam Gündüz qızı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Körçay Dövlət Təbiət Qoruğunun sahə müfəttişi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialı nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Körçay Dövlət Təbiət Qoruğunun sahə müfəttişi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokolu və materialı nəzərdən keçirərək müəyyən etdi ki, inzibati xəta Goranboy rayonunun ərazisində törədildilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, inzibati xəta Goranboy rayonu ərazisində törədildiyindən inzibati xəta haqqında protokol toplanmış materialla birlikdə baxılması üçün aidiyyatı üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən QƏRARA ALDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Körçay Dövlət Təbiət Qoruğunun sahə müfəttişinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu toplanmış materialla birlikdə baxılması üçün aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-822/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-822/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver