Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-825/2022 16.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X1 və tərtib edilmiş qərarı barəsində şikayət verilmiş şəxs X2 iştirakı ilə X1 Mingəçevir şəhər Polis şöbəsinin YPX-nın xx.xx.2022-ci il tarixli TP5424501 saylı qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir şəhər Polis şöbəsinin YPX-nın xx.xx.2022-ci il tarixli TP5424501 saylı qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat miqdarda inzibati cərimə edilmişdir. E.Əliyev həmin qərardan şikayət verərək, protokolun qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. X3 məhkəmə iclasında tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Mingəçevir şəhər YPX-nm xx.xx.2022-ci il TP5424501 saylı inzibati qərardan narazıdır və qərar həmişəki kimi formal qaydada yazılmış və onun ifadəsi nəzərə alınmamışdır. Sözü gedən qərar qanuna müvafiq deyil, şəxslərin öz mənafeyi baxımından və sübutları saxtalaşdırmaqla yazılmışdır. Dəfələrlə bu barədə qərar çıxmasına baxmayaraq məhkəmələr qərarları ləğv etmişdir. Bu cür qərarlar qərəzli yazılır və məhkəmə iclaslarında öz əksini tapır. onun barəsində tərtib edilmiş protokol ona verilməmişdir. Protokolla tanış deyil və onun öz təqsirsizliyini sübut etmək öhtəliyi belə yoxdur. Onun barəsində yazılmış protokol və qərar tam absurd bir qərardır. Belə ki, o, maşınını idarə edərkən işıqforun yaşıl işığında keçmiş, necə ola bilər ki, avtomobil işıqfordan 400 metr aralaşdıqdan sonra Yol Patrul Xidmətinin inspektoru onun xəta etdiyini gördü, özüdə axşam saat 22:00 radələrində ? O, maşınını idarə edərkən heç bir xəta törətməmiş, işıqforun qırmızı işığında keçməmişdir. Qərara etiraz etmiş, imza atmamışdır. Ona görə də Mingəçevir şəhər YPXnın xx.xx.2022-ci il tarixli, TP5424501 saylı inzibati xəta haqqında qərarının dəyişdirilərək, xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Mingəçevir şəhər Yol patrul xidmətinin inspektoru polis baş serjantı X4 izahat verərək göstərmişdir ki, şikayət vermiş şəxs X3 barəsində Mingəçevir şəhər Polis şöbəsinin YPXnın xx.xx.2022-ci il tarixli TP5424501 saylı qərarı çıxarılmışdır. Bu fakt Yol patrul avtomobilinin kamera görüntüləri ilə də öz əksini tapmışdır. Hesab edir ki, qərarın ləğv olunması üçün heç bir əsas yoxdur. Ona görə də şikayətin təmin olunmamısını xahiş edir. Şikayət vermiş şəxsin və Mingəçevir şəhər Polis şöbəsinin nümayəndəsinin izahatlarını və təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İş materialları nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki inzibati xəta haqqında qərar tam əsaslıdır. Belə ki, E.Əliyev inzibati hüquqpozma törətmişdir. İş materialına əlavə edilmiş video diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həqiqətəndə X3 idarə etdiyi avtomobillə işıqforun qırmızı işığında gözləməyərək sağa hərəkət edərək yoluna davam etmişdir. Bununla da X3 İXM-nın 327-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. Göründüyü kimi onun inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş təkzib edilməz faktlarla öz əksini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati qərar qanunidir və ləğv olunması üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərarverdim: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-825/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-825/2022
16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver