Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-826/2022 07.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin polis sahə rəisi Əşrəf Həsənovun, Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X11, Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X2 Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X12 Zərərçəkmiş şəxslər X1, X9, X4 Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə xx.xx.1983–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, evli, Mingəçevir şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs müxtəlif vaxtlarda - xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022ci il tarixdə, 2022-ci ilin yanvar ayının əvvəlində və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azdress qəsəbəsi bağçılıq deyilən yerdə yerləşən X13 məxsus evin zirzəmisindən 11 ədəd armatur, köhnə manqal, balta, mişar, qazan dəsti oğurlamaqla, xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə ünvan 2 ünvanında yerləşən yarı tikilidən 1 top 2x01 ölçüdə, 1 top 4-lük və 1 top 6-lıq elektrik naqillərini oğurlamaqla, xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə X5 məxsus Vaqonlar qəsəbəsində yerləşən evdən 78 manat dəyərində olan bir ədəd su qızdırıcısı və bir ədəd tunc qazan oğurlamaqla, xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Mingəçevir şəhəri, Günəşli Bağ massivində yerləşən X17 məxsus evin zirzəmisindən 1 ədəd laqonda və 40-50 metr elektrik top oğurlamaqla və xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə X3 məxsus zirzəmidən 2 ədəd dəmir qazan və 1 ədəd dəmir tava oğurlamaqla, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Şəxs izahatında göstərdi ki, xırda talamanı ehtiyacı olduğu üçün etmişdir. Əməlindən peşmandır. Odur ki, məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X21 məhkəmə iclası zamanı izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə X6 məxsus Vaqonlar qəsəbəsində yerləşən evdən 78 manat dəyərində olan bir ədəd su qızdırıcısı və bir ədəd tunc qazan və xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azdress qəsəbəsi bağçılıq deyilən yerdə yerləşən X13 məxsus evin zirzəmisindən 11 ədəd armatur, köhnə manqal, balta, mişar, qazan dəsti oğurlamaqla, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X8 məhkəmə iclası zamanı izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə ünvan 2 ünvanında yerləşən yarı tikilidən 1 top 2x01 ölçüdə, 1 top 4-lük və 1 top 6-lıq elektrik naqillərini oğurlamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X22 məhkəmə iclası zamanı izahatında bildirdi ki, Şəxs müxtəlif vaxtlarda xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Mingəçevir şəhəri, Günəşli Bağ massivində yerləşən X17 məxsus evin zirzəmisindən 1 ədəd laqonda və 40-50 metr elektrik top oğurlamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir ŞPŞ-nin polis sahə rəisi Həsənov Əşrəf məhkəmə iclası zamanı izahatında bildirdi ki, Şəxs müxtəlif vaxtlarda xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə X3 məxsus zirzəmidən 2 ədəd dəmir qazan və 1 ədəd dəmir tava oğurlamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs məhkəmə iclasında maddi vəziyyətinin çətin olduğundan və ehtiyacı olduğundan inzibati xətaları törətdiyini, peşman olduğunu səmimi etiraf etdi və bir də belə bir hərərkətə yol verməyəcəyinə söz verdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclası zamanı izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs xx.xx.2022-ci il tarixdə zirzəmidən 2 ədəd dəmir qazan və 1 ədəd dəmir tava oğurlamaqla ona maddi ziyan vurduğunu və məhkəmədən müvafiq cəzanın verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X18 məhkəmə iclası zamanı izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs xx.xx.2022-ci il tarixdə zirzəmidən evin zirzəmisindən 11 ədəd armatur, köhnə manqal, balta, mişar, qazan dəsti oğurlamaqla ona maddi ziyan vurduğunu və məhkəmədən müvafiq cəzanın verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X10 məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs ilə barışdığını, buna görə də həmin iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxslər X5 və X17 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 227.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi icra məmurunun izahatı, özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə verilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-826/2022 saylı inzibati işlərə eyni vaxtda baxılması haqqında qərardadına əsasən Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı və xx.xx.2022ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)-826/2022 saylı, 3(051)-829/2022 saylı, 3(051)-830/2022 saylı, 3(051)-832/2022 saylı və 3(051)-833/2022 saylı inzibati işlər, 3(051)-826/2022 nömrə ilə qeydiyyata alınmışdir. Şəxs xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azdress qəsəbəsi bağçılıq deyilən yerdə yerləşən X13 məxsus evin zirzəmisindən 11 ədəd armatur, köhnə manqal, balta, mişar, qazan dəsti oğurlamaqla, xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə ünvan 2 ünvanında yerləşən yarı tikilidən 1 top 2x01 ölçüdə, 1 top 4-lük və 1 top 6-lıq elektrik naqillərini oğurlamaqla, xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə X5 məxsus Vaqonlar qəsəbəsində yerləşən evdən 78 manat dəyərində olan bir ədəd su qızdırıcısı və bir ədəd tunc qazan oğurlamaqla, xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Mingəçevir şəhəri, Günəşli Bağ massivində yerləşən X17 məxsus evin zirzəmisindən 1 ədəd laqonda və 40-50 metr elektrik top oğurlamaqla, xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə X3 məxsus zirzəmidən 2 ədəd dəmir qazan və 1 ədəd dəmir tava oğurlamaqla, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, zərərçəkmiş şəxslərin və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin izahatını, eləcə də digər materialları ilə müəyyən edilir ki, Şəxs müxtəlif vaxtlarda-xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, 2022-ci ilin yanvar ayının əvvəlində və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bununla belə məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM–in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs- X10 məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs ilə barışdığını, buna görə də həmin iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdikləri səbəbindən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməli və onun barəsində xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı və xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı və xx.xx.2022ci il tarixli MN ******* saylı protokol üzrə Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməli və inzibati tənbeh tətbiq edərkən yüngülləşdirən halların olması yəni səmimi peşmançılığı və himayəsində uşaqlarının olması və ağırlaşdırıcı hal kimi isə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi nəzərə alınmalı dır. Belə ki, Mingəçevir şəhər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarı ilə Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolda göstərilən əməl üzrə 160 (bir yüz altmış) saat ictimai işlər, xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolda göstərilən əməl üzrə 160 (bir yüz altmış) saat ictimai işlər və xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolda göstərilən əməl üzrə 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 180 (bir yüz səksən) saat ictimai işlər növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM–in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs təqsirinin dərəcəsini, həmçinin onun əvvəllər də İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə baxmayaraq islah olmamasını, əməlində yüngülləşdirici və agırlaşdırıcı halları nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 34, 39.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolda göstərilən əməl üzrə 24 gün (iyirmi dörd) inzibati həbs, xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolda göstərilən əməl üzrə 24 gün (iyirmi dörd) inzibati həbs, xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolda göstərilən əməl üzrə 24 gün (iyirmi dörd) inzibati həbs, xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolda göstərilən əməl üzrə 24 gün (iyirmi dörd) inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 30 (otuz) gün inzibati həbs növündə tənbeh tətbiq edilsin. Şəxsin xx.xx.2022-ci il tarixdən inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə daxil edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2022-ci il tarixdən saat 19:30-дaн hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-826/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-826/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver