Məhkəmə qərarları › İş №3(051)-83/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-83/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-83/2020 21.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X1 iştirakı ilə, xx xxxx 1979-cu ildə ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 mənzil 11 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən etdim: Məhkəmənin qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə və məhkəmə iclasının qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-933/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən ondan bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulub tələbkar X2 verilməsi qət edilmişdir. 2015-ci il tarixdə Mingəçevir şəhər məhkəməsinin müvafiq qərarına əsasən bir uşağın saxlanılması üçün ondan sabit pul məbləğində 80 manat aliment tutulub X2 verilməsi müəyyən olunmuşdur və həmin alimenti hər ay vaxtı vaxtında ödəmişdir. Mingəçevir şəhər məhkəməsinin 2(051)-933/2016 saylı xx.xx.2016-cl il tarixli qətnaməsindən 2019-cu il tarixdə xəbəri olmuş və qətnamədən narazı olduğu üçün apellyasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsi isə həmin qətnaməni dəyişdirmədən saxlamışdır. Mingəçevir şəhər məhkəməsinin 2(051)-933/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə borc Apellyasiya məhkəməsinin qəbul etdiyi qərar qanunu qüvvəsini aldığı gündən hesablanmalıdır. Lakin tələbkar bununla razılaşmır. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X4 verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-933/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən ondan bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulub tələbkar X2 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda Şəxs 2200 manatdan çox borcu var və borcundan heç bir ödəniş etmir. Şəxs icra sənədi ilə müəyyən olunmuş borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Ona görə də Şəxs barəsində ağır cəzanın verilməsini xahiş edir. Borclu və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2016-ci il tarixli 2(051)- 933/2016 saylı icra vərəqəsi üzrə yaranmış 2220 (iki min iki yüz iyirmi) manat məbləğində aliment borcunu üzrsüz səbəbdən ödəməməsi ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Samir Əsgərov tərəfindən borclu Şəxs barəsində xx xxxxxx 2020ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və qanuna müvafiq inzibati tənbeh tədbiri görülməsi üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, xx xxx 2005-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment hər ay tutularaq Zərərçəkmiş şəxs verilməli, alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(107)-2842/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh Şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(051)-933/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2016-ci il tarixli 2(051)-933/2016 saylı icra vərəqəsi üzrə yaranmış 2220 (iki min iki yüz iyirmi) manat məbləğində aliment borcunu üzrsüz səbəbdən ödəməməsi ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Samir Əsgərov tərəfindən borclu Şəxs barəsində xx xxxxxx 2020ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və qanuna müvafiq inzibati tənbeh tədbiri görülməsi üçün məhkəməyə göndərilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs sözügedən qətnamələr üzrə borcu mövcuddur. Onun gətirdiyi dəlillər yalnız müdddət uzatmaqla aliment ödəməkdən qərəzli boyun qaçırmaq məqsədi daşıyır. Qanunvericiliyin tələbindən də bilindiyi kimi uşaq hüquqları ən üstün mövqeyə mənsubdur. Şəxs barəsində inzibati həbslə bağlı olan tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Belə ki, aliment borcu olan şəxsə cərimə növündə tənbehin tətbiq edilməsi ağlabatan deyil və onun əlavə maliyyə yükünə salınmasına gətirib çıxarar. Odur ki, Şəxs barəsində sözügedən maddənin sansiyasında olan inzibati həbs növündə tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs qətnamə çıdıqdan sonra lazımi qaydada ödəniş etməmiş yalnız müddət uzatmaqla qətnaməni icra etməkdən yayınmağa çalışır. Ona görə də borcun ödənilməsindən yayınma və icra məmurunun bu barədə qanuni tələblərini icra etməmə göstərilən maddənin tərkibini tam formada yaradır. Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar