Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-83/2023 13.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X1, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Ağdam rayonu, Qızıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1039/2022 №-li icra sənədi ilə Şəxs 10700 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəmədiyinə görə barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun özünün qismən etirafı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1039/2022 №-li icra sənədindən görünür ki, cavabdeh Şəxs 10200 (on min iki yüz) manat pul, mənəvi ziyanın əvəzi olaraq 500 (beş yüz) manat, cəmi 10700 (on min yeddi yüz) manat pul alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsində icra işi açılmışdır. Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən ondan 10200 manat pul, mənəvi ziyanın əvəzi olaraq 500 manat, cəmi 10700 manat pul alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Ancaq 10700 manat məbləğində pulu ödəməmişdir. Həmin borcu tam şəkildə ödəməyə imkanı yoxdur. Ancaq borcunu hissə-hissə ödəyə bilər. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 10200 manat pul, mənəvi ziyanın əvəzi olaraq 500 manat, cəmi 10700 manat pul alınıb ona verilməlidir. Lakin Şəxs bu vaxta qədər borcundan heç bir ödəniş etməmişdir. Qərəzli olaraq icra sənədini icra etmir. Borcun ödənilməsini tələb edir. Əks halda Şəxs inzibati qaydada həbs verilməsini xahiş edir. Məhkəmə iclasında Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1039/2022 №li icra sənədinə əsasən Şəxs 10200 manat pul, mənəvi ziyanın əvəzi olaraq 500 manat, cəmi 10700 manat pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs borcundan ödəniş etməmişdir. İcra sənədinin icrası ilə bağlı Şəxs icra şöbəsinə dəvət olunmuş, lakin o, şöbəyə gəlməmiş, yaşayış yerində olmamışdır. Barəsində axtarış haqqında qərar verildikdən sonra o, şöbəyə gətirilmiş və barəsində inzibati protokol tərtib edilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023–cü il tarixdən, saat 15:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-83/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-83/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver