Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-830/2024 02.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Mingəçevir ŞPŞ-nin polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X2 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 01 dekabr 2024-cü il tarixdə saat 01:25 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir Şəhər Polis Şöbəsinin polis leytenantı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, Gəncə şəhərində qeydiyyatda olsa da, Mingəçevir şəhərində yaşayır. Özünə məxsus avtomobil ilə şəhərin A.Məmmədov küçəsində hərəkətdə olarkən polis əməkdaşı onu saxlamış, avtomobilə yaxınlaşaraq quraşdırılmış işiq cihazlarının qanunsuz olduğunu bildirmişdir. O da həmin cihazıqırıb çıxarmışdır. Bundan sonra avtomobilin qabaq farası nasaz vəziyyətə düşmüşdür. Daha sonra polis əməkdaşı ona avtomobili belə idarə etməməli olduğunu bildirərərk duracağa yerləşdirilməsini təklif etmişdir. O razılaşmamışdır. Özü usta çağıracağını və faranı düzəltdirəcəyini bildirmişdir. Gecə olduğu üçün və polis əməkdaşı orada gözləyə bilmədiyi üçün ona etiraz etmişdir. Daha sonra polis onun özünün də müayinədən keçməli olduğunu bildirmişdir. O etiraz etmişdir. Bundan sonra polislər məcburi qaydada onu həkim narkoloqun müayinəsindən keçirmişlər. Əməlindən peşmandır. Odur ki, məhkəmədən inzibati tənbeh tədbiri tətbiq edərkən izahatında göstərdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin polis serjantı –X4 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 01:25 radələrində Mingəçevir şəhəri küçəsində xidmətdə olan zaman “BMW” markalı **-LX-*** dövlət nömrəli qeydiyyat nişanlı avtomaşının sürücüsünə yaxınlaşaraq quraşdırılmış işiq cihazlarının qanunsuz olduğunu bildirmişdir. O da həmin cihazı qırıb çıxarmışdır. Bundan sonra avtomobilin qabaq farası nasaz vəziyyətə düşmüşdür. Daha sonra polis əməkdaşı ona avtomobili belə idarə etməməli olduğunu bildirərərək duracağa yerləşdirilməsini təklif etmişdir. O razılaşmamışdır. Özü usta çağıracağını və faranı düzəltdirəcəyini bildirmişdir. Gecə olduğu üçün və polis əməkdaşı orada gözləyə bilmədiyi üçün ona etiraz etmişdir. Daha sonra polis onun özünün də müayinədən keçməli olduğunu bildirmişdir. O etiraz etmişdir. Bundan sonra polislər məcburi qaydada onu həkim narkoloqun müayinəsindən keçirmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs Gəncə şəhəri, Kəpəz rayonunda yaşayan Şəxsdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin polis serjantı –X6 ifadəsində bildirdi xx.xx.2024-cü il tarixdə saat 01:25 radələrində Mingəçevir şəhəri küçəsində xidmətdə olan zaman “BMW” markalı **-LX-*** dövlət nömrəli qeydiyyat nişanlı avtomaşının sürücüsünə yaxınlaşaraq quraşdırılmış işiq cihazlarının qanunsuz olduğunu bildirmişdir. O da həmin cihazı qırıb çıxarmışdır. Bundan sonra avtomobilin qabaq farası nasaz vəziyyətə düşmüşdür. Daha sonra polis əməkdaşı ona avtomobili belə idarə etməməli olduğunu bildirərərək duracağa yerləşdirilməsini təklif etmişdir. O razılaşmamışdır. Özü usta çağıracağını və faranı düzəltdirəcəyini bildirmişdir. Gecə olduğu üçün və polis əməkdaşı orada gözləyə bilmədiyi üçün ona etiraz etmişdir. Daha sonra polis onun özünün də müayinədən keçməli olduğunu bildirmişdir. O etiraz etmişdir. Bundan sonra polislər məcburi qaydada onu həkim narkoloqun müayinəsindən keçirmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs Gəncə şəhəri, Kəpəz rayonunda yaşayan Şəxsdur. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024–cü il tarixdə saat 01:25 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Abdullayev X1 şəhər ərazisində xx.xx.2024-cü il tarixdə, saat 01:35 radələrində inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, 1346 №li Sərxoşluq hallarının təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hadisə zamanı alkoqol əlamətləri olmamışdır. Polis haqqında Azərbaycan Respublikasının Qanununa görə Maddə 3. Polis təyinatı və əsas vəzifələri İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək;... Maddə 7. Polisin qanuni tələblərinin icrasının məcburiliyi İ. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin mövqeyi Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı, inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs təqsirini etiraf edərək əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcud olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə və Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-830/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-830/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver