Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-831/2022 07.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X3, Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X2, Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X4 Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə xx.xx.1983–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, evli, Mingəçevir şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə X1 yaşadığı həyət evinin qarşısında yerləşən 7 ədəd 12 mm-lik dəmir listləri oğurlayaraq xırda talama əməli törətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Mingəçevir şəhər Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə D.Əliyeva 20/2 saylı binanın zirzəmisindən kabel oğurlamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Mingəçevir şəhər Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə Şəfa bağ massivində X6 məxsus həyətdən 06 ədəd 3 metrlik asinkov turba və 5 litrlik od samovarını oğurlamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Mingəçevir şəhər Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Mingəçevir şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi X7 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə X1 yaşadığı həyət evinin qarşısında yerləşən 7 ədəd dəmir listləri oğurlayaraq sonuncuya maddi ziyan vurmuşdur. Bundan başqa, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Mingəçevir şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında bildirdi ki,Şəxs xx.xx.2022-ci il tarixdə D.Əliyeva 20/2 saylı binanın zirzəmisindən kabel oğurlamışdır. Bundan başqa, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Mingəçevir şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Şəfa bağ massivində X6 məxsus həyətdən 06 ədəd 3 metrlik asinkov turba və 5 litrlik od samovarını oğurlayaraq sonuncuya maddi ziyan vurmuşdur. Odur ki, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında maddi vəziyyətinin çətin olduğundan və ehtiyacı olduğundan inzibati xətaları törətdiyini, peşman olduğunu səmimi etiraf etdi və bir də belə bir hərəkətə yol verməyəcəyinə söz verdi. Zərərçəkmişlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblər barədə məhkəməyə məlumat verməmişlər. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, işin materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın deyil, cinayətin əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş üzrə materiallar istintaq orqanına və prokurora göndərilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş materiallara əsasən törədilmiş üç epizoddan ibarət əməllər bir il ərzində təkrar törədilmiş (iş üzrə birinci əməl xx.xx.2022-ci il tarixdə, ikinci əməl isə xx.xx.2022-ci il tarixdə, üçüncü əməl xx.xx.2022-ci il tarixdə törədilmiş), həmin əməllərin hər üç epizodu üzrə zərərçəkmiş şəxslərə 100 manatdan yuxarı məbləğdə (birinci əməl üzrə 200 manat, ikinci əməl üzrə 240 manat və üçüncü əməl üzrə 170 manat) maddi ziyan vurulmuşdur. Bundan başqa, aşağıdakı sənədlərdə də zərərin məbləğinin hər üç əməl üzrə 100 manatdan artıq olması göstərilmişdir: İnzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında xx.xx.2022-ci il tarixli qərardadlar (MN № 0486210, MN № ******* və MN № 0486209) Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarların əsaslandırması təsviri hissəsi Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə törədilmiş əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri mövcuddur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx.xx.2018-ci il tarixli qərarının ikinci bəndində göstərilmişdir ki, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx.xx.2022-ci il tarixli qərarının ikinci bəndində göstərilmişdir ki, təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Beləliklə, müəyyən edildi ki, oğurluq hadisələri hər ikisi son 1 il ərzində baş verdiyindən heç biri üzrə inzibati qaydada məsuliyyətə cəlb etmə müddəti bitməmişdir. Hər iki epizod üzrə dəymiş zərərlərin məbləğləri yüz manatdan yuxarıdır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən inzibati xəta barədə işdə cinayətin əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. AR Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cümaddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin65.1 və 318-cimaddələri və Azərbaycan Respublikası Konstitusiyasının127-ci maddəsininİİ hissəsibaxımından şərh edilməsinə dair 18 noyabr 2011-ci il tarixli qərarına əsasən istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməli, Şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, işin materialları əlavə araşdırmanın aparılması üçün Mingəçevir şəhər Polis şöbəsinə və həmçinin məlumat üçün Mingəçevir Şəhər Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN № 1552749, xx.xx.2022-ci il tarixli, MN № ******* və xx.xx.2022-ci il tarixli, MN № 1552747inzibati xəta haqqında protokollarla başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin tərkib əlamətləri olduğundan işin materialları əlavə araşdırmanın aparılması üçün Mingəçevir şəhər Polis şöbəsinə və həmçinin məlumat üçün Mingəçevir Şəhər Prokurorluğuna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-831/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-831/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver