Məhkəmə qərarları › İş №3(051)-835/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-835/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-835/2022 14.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanının qapısının kilidini sındıraraq özgə əmlakını qəsdən məhvetmə əməlini törətdiyinə görə barəsində Mingəçevir şəhər Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, 2022-ci ilin yanvar ayında isə boşanmışlar. Birgə nikahdan onların 2009-cu il təvəllüdlü Hünər Mustafazadə və 2012-ci il təvəllüdlü Uğur Mustafazadə adlı iki uşaqları dünyaya gəlmişdir. Evli olduqları müddətdə onlar birlikdə Zərərçəkmiş şəxs mülkiyyətində olan ünvan 1 ünvanında yaşamışlar. Boşandıqdan sonra da o, uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam edir. Zərərçəkmiş şəxs isə onun həmin mənzildən çıxıb getməsini tələb edir. Bu səbəbdən də Zərərçəkmiş şəxs o və uşaqları mənzildə olmayan vaxt mənzilin giriş qapısının kilidini dəyişdirmiş, o, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində mənzilin giriş qapısının kilidinin dəyişdirilməsini aşkar etmişdir. O, Zərərçəkmiş şəxs mənzilin giriş qapısının açarını tələb etmiş, lakin Şəhruz açarı verməmişdir. Bu səbəbdən də o, qapının kilidini sındıraraq mənzilə daxil olmağa məcbur olmuşdur. Sonra qapının kilidini öz vəsaiti hesabına düzəltdirmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla qərar qəbul edilməsini xahiş edir. İşə baxılmasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şikayətçi olduğu nəzərə alınaraq qanunvericiliklə müəyyən edilmiş hədd daxilində cəza təyin edilməsini xahiş etmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət tərkibi əlamətləri müəyyən olunmadığından cinayət işi başlanması rədd edilmişdir. İşdə olan Mobil MMC-nin xx.xx.2022-ci il tarixli 217 №-li rəyindən görünür ki, ünvan 1 ünvanının giriş qapısının kilid hissəsinin hadisədən sonra çəkilmiş fotoşəklinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs 20 (iyirmi) manat miqdarında ziyan dəymişdir. Təqdim olunmuş sənədləri araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 232-1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən göründüyü kimi zərərçəkmiş şəxsə 20 (iyirmi) manat miqdarında ziyan dəymişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati xəta törətməsini, himayəsində iki nəfər azyaşlı uşaqları olmasını, məsuliyyəti ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edirəm ki, onun barəsində AR İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş zərərin bir misli, yəni 20 (iyirmi) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar