Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-84/2024 30.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin X3, borclu Şəxs iştirakı ilə xx.xx.1961-ci il tarixdə Goranboy rayonu, Varvara-Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu Şəxs Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8-i-7926 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə 7025 manat və Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8-i-7927 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə 5025 manat borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır və icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8-i-7926 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsi üzrə 7025 manat pul alınaraq tələbkar X1 və Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8-i-7927 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə 5025 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Lakin borclu Şəxs borcunu tam ödəməmiş, nəticədə 7025 manat və 5025 manat məbləğində borcu yaranmışdır. Ona görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)- 84/2024 saylı qərarı ilə borclu Şəxs inzibati xətanı təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan tələbkar M.Bədirov və Zərərçəkmiş şəxs narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayət qismən təmin olunaraq Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-84/2024 saylı qərarı ləğv olunmuş. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ondan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8-i-7926 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə 7025 manat pul alınaraq tələbkar X1 və Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8i-7927 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə 5025 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Özü xəstədir, işləmir və maddi imkanı olmadığına görə borcu tam ödəyə bilməmişdir. Bundan başqa elə bir əmlakı da yoxdur ki, satıb tələb olunan borcunu ödəsin. İşdə olan sübutlar: Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8-i-7926 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə 7025 manat pul alınaraq tələbkar X1 verilməlidir. Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8-i-7927 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə 5025 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8-i-7927 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi xx.xx.2023-cu il tarixdə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8-i-7926 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi xx.xx.2023-cu il tarixdə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə daxil olmuşdur. xx.xx.2023-cü il tarixli bir neçə icra sənədi üzrə icraatın birləşdirilməsi barədə qərardan görünür ki, Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8-i-7926 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi və Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8-i-7927 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin birləşdirilməsi qərara alınmışdır. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-84/2024 saylı qərarı ilə borclu Şəxs inzibati xətanı təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2024-cü il tarixli 3(107)-140/2024 saylı Şəki Apellyasiya Məhkəməsinin qərarından görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-84/2024 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb olunur. Borclunun izahatı, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən təkrarən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Bundan başqa icra məmuru tərəfindən protokol tərtib edərkən borclunun hər hansı bir daşınar və ya daşınmaz əmlakı və ya daimi iş yeri olub-olmamasını araşdırması üçün müəyyən müvafiq qurumlara sorğu və müraciətlər göndərməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə şəxsin əməlində inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-84/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-84/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver