Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-840/2020 15.12.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Məmmədli Elvin Namiq oğlunun katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində protokol tərtib edilmiş: Şəxs iştirakı ilə Şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsində Azərbaycan Respublikası İXM– nin 157–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 157–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirməklə qəsdən döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdi ki, 2020-ci ilin təqribən iyul ayının sonlarında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə əsnasında əsəbiləşərək onu döymüşdür. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Ona görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə ilə müraciət edərək, məhkəmədən Şəxs ilə barışdıqlarını bildirib inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.9–cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işin icraatına, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-840/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-840/2020
15.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver