Məhkəmə qərarları › İş №3(051)-840/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-840/2022

23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-840/2022 23.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Şikayət vermiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, X4 Azərbaycan Respubliksı Səhiyyə Nairinin müavini X5 inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respubliksı Səhiyyə Nairinin müavini X5 inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı ilə X8 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat miqdarda inzibati cərimə edilmişdir. X8 həmin qərardan şikayət verərək, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X5 16 noyabr 2022-ci il tarixli MN № ******* saylı qərarına əsasən X8 fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Səhiyyə nazirinin müavini inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədləri tam araşdırmamış, əhəmiyyət verməmiş, bu səbəbdən də qanunsuz qərarın qəbul edilməsinə səbəb olmuşdur. Onun əməlində hər hansı bir inzibati xətanın tərkibi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fıziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Turanə Məmmədova Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fiziki şəxsin Vergi uçotu haqqında ********** Qeydiyyat №(VÖEN) Şəhadətnamə əsasında Sahibkar kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2007-ci il tarixli fərmanına əsasən “bir pəncərə” prinsipi ilə xx.xx.2020-ci il qeydiyyata alınmışdır. Hazırda vergi ödəyicisi kimi aktiv fəaliyyətdədir. 2020-ci ildə qadın gözəllik salonlarını icarəyə götürüb ailəsini dolandırır. Pandemiya dövründə hamıya məlum olan səbəblərdən gözəllik salonları da fəaliyyət göstərmirdi. 2022-ci ilin avqust ayından hazırda fəaliyyət göstərdiyi, Mingəçevir şəhər 20 Yanvar küçəsi 19 saylı binada yerləşən salonda fəaliyyətini davam etdirir. Ondan əvvəl həmin yerdə başqa şəxslər fəaliyyət göstərmişlər və salonun yuxarı hissəsinə reklam da yerləşdirmişlər. 13 oktyabr 2022-ci il tarixdə təxminən 12:00 radələrində fəaliyyət göstərdiyi otaqda idi. Salon şəhərin gedişli-gəlişli yerindədir. Salonun qarşısında bir neçə adamın dayandığını gördü, həmin şəxslər bir az dayanıb getdilər. Salonun qapısını döyüb ondan heç nə soruşulmamışdır. O, isə qeyd etdiyi saç kəsimi ilə məşğul idi. Ona protokola baxılması vaxtı barədə bildiriş gəldi. Həmin vaxt ona məlum oldu ki, salonun qarşısında olan şəxslər polis əməkdaşları olmuş və onlar onun iştirakı olmadan akt tərtib etmişlər. Ona protokola baxılması vaxtı barədə bildiriş gəldi. Həmin vaxt ona məlum oldu ki, salonun qarşısında olan şəxslər polis əməkdaşları olmuş və onlar onun iştirakım olmadan akt tərtib etmişlər. İnzibati Xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, xx.xx.2022-ci il tarixli akta əsasən 04 noyabr 2022-ci il tarixdə tərtib edilmişdir. Tərtib edilmə yeri Bakı şəhəri göstərilmişdir. 13 oktyabr 2022-ci il tarixli akta əsasən 04 noyabr 2022-ci il tarixdə, “İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən” 22 gün sonra tərtib edilmişdir. Halbuki, inzibati xəta haqqında protokol İXM-nin 101.1 və ya 101.2-ci maddəsinə əsasən ya dərhal, ya da iki gün müddətində tərtib olunmalı idi. Hesab edir ki Turanə Məmmədova barəsində tərətib edilən inzibati xəta haqqında qərar əsasızdır və ləğv edilməlidir və inzibati məsuliyyətdən azad edilməlidir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza mərkəzinin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin olunmamışdır. İnzibati xəta haqqında protokolu və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli MN 10994476 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi bina 19 “Vip Lazer studio” lazer kabinetində xx.xx.2022-ci il tarixində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı X8 lisenziya olmadan özəl tibbi fəaliyyətlə məğul olması müəyyən edildiyindən AR İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavinin 16 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir. . Bələliklə məhkəmədə müəyyən olundu ki, X1 Nazirliyi yanında Dövlət Vergi Xidməti Fiziki şəxsin Vergi uçotu haqqında ********** Qeydiyyat Şəhadətnamə əsasında sahibkar kimi aktiv fəaliyyət göstərir. Məhkəmə iş materiallarını araşdırraraq ilk növbədə onu qeyd edir ki, şəxs haqqında inzibati xəta haqqında protokol tərtib edilərkən protokol araşdırılmamış, barəsində protokol tərtib edilmiş şəxs barəsində məlumatlar düzgün qeyd edilməmiş, protokol qanunvericiliyin tələbində nəzərdə tutulan qaydalara riayyət edilmədən kobud pozuntulara yol verilməklə tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında materiala hissəvi qiymət verərək müəyyən etmişdir ki, inzibati xətanın baş verməsi üçün səbəb olan hallar Mingəçevir şəhərində mövcud olsa da protokol və inzibati tənbeh vermə haqqında qərarın tərtib edildiyi yer Bakı şəhəri kimi qeyd edilmişdir. Bundan əlavə iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol 04 noyabr 2022-ci ildə tərtib edilmişdir. Lakin 13 oktyabr 2022-ci ildə polis əməkdaşları qeyd olunan salonun yerləşdiyi ünvanda olmuş, şəxsin məlumatı olmadan ona heç bir xəbərdarlıq edilmədən akt tərtib etmişlər. Göründüyü kimi akt Mingəçevir ŞPŞ-nın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilsə də İnzibati xəta haqqında protokol 04 noyabr 2022-ci ildə tərtib edilmişdir. Halbu ki, inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməlidir. İXM-nın 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüqııqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Bundan əlavə İnzibati xəta haqqında protokol və İnzibati xəta haqqında qərara baxış keçirilərkən müəyyən olunur ki, barəsində protokol tərtib edilmiş şəxs haqqında məlumatlar düzgün qeyd edilməmişdir. Belə ki, İnzibati xəta haqqında protkolda şəxsin adı Turanə kimi, İnzibati xəta haqqında qərarda isə Təranə kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Turanə Məmmədovaya ünvanlanmış xəbərdarlıq məktubundada şəxsin adı Təranə kimi qeyd edilmişdir. Halbu ki, işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, brəsində protokol tərtib edilmiş şəxsin soyadı adı və atasının adı X6r. Bu onu deməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərarda buraxılan bu nöqsan ciddi hesab edilir, əslində inzibati tənbeh vermə haqqında qərarın başqa şəxs barəsində tərtib edildiyini və inzibati xətanın başqa şəxs tərəfindən törədilməsi kimi başa düşülür. Ona görə də məhkəmə hesab edir ki, protokolu və inazibati tənbeh vermə haqqında qərar tərtib edilərkən araşdırılmamış və kobud pozuntuya yol verilmişdir. Həmçinin inzibati xəta haqqında protokolda X4 lisenziya olmadan tibbi fəaliyyətlə, yəni lazer epilyasiya fəaliyyət növü ilə məşğul olması göstərilmişdir. Halbu ki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2010-cu maddəsində Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaşılıqla məğul olma göstərilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər kabinetinin 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli qərarına əsasən “Lisenziyalar və icazələr haqqında” tələb olunan fəaliyyət növlərinin siyahısında gözəllik salonunun fəaliyyəti göstərilməmişdir. Bundan əlavə prptokol tərtib edilərkən şəxsin konkret olaraq hansı statusda olmasını, yəni fiziki və ya vəzifəli şəxs kimi fəaliyyət göstərməsinidə tam araşdırmamışdır. Belə ki, işə əlavə edilmiş fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, şəxs ********** qeydiyyat nömrəli VÖEN əsasında vergi ödəyicisi kimi sahibkar olaraq fəaliyyət göstərir. Buradan aydın görünür ki, şəxs əslində fiziki şəxs kimi deyil vəzifəli şəxs kimi fəaliyyət göstərir. Göründüyü kimi qanunverici sadlanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, həmçinin inzibati xətanın onun tərəfindən törədilməsi ilə bağlı əsaslı şübhələri nəzərə alınmamış, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, protokolun əsaslı olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə X4 inzibati cərimə edilməsinə dair 16 noyabr 2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın Azərbaycan Respublikası İXMin tələblərinin əhəmiyyətli dərəcədə pozulması zamanı qanunsuz olaraq qəbul edilməsi müəyyən edilsə də, əməldə inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında işə yenidən baxılması məqsədilə səlahiyyətli orqana və ya vəzifəli şəxsə qaytarılmasına zərurət yoxdur. Azərbaycan Respubikası X3 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. X3 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin 16 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əməldə inzibati xəta tərkibi olmadığına görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəraradan verilən şikayətə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 48-51, 128-130-cu maddələrini rəhbər tutub, Qərara aldım: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Respublikası Səhiyyə Nazirliyinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin 16 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar