Məhkəmə qərarları › İş №3(051)-843/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-843/2022

23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-843/2022 23.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Mingəçevir şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, Müəyyənetdim: Şəxs barəsində Mingəçevir şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati icraat başlanılaraq material baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Zaur Tarverdiyev məhkəmə iclasında bildirdi ki, Şəxs 20 sentyabr 2022-ci il tarixdə ov qaydalarını kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Mingəçevir şəhər prokuroru tərəfindən Şəxs barəsində qeyd olunan maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ailəlidir, üç övladı var. Ailəsini dolandırmaq üçün Kür çayının Mingəçevir şəhər ərazisindən keçən hissəsində balıq ovu ilə məşğul olur. Həftədə təqribən üç-dörd dəfə öz qayığı ilə Kür çayında tor quraraq balıq ovu edir. 20 sentyabr 2022-ci il tarixdə yenidən balıq ovu üçün Kür çayına getdi. Bu zaman Ekologiya İdarəsinin əməkdaşları ona yaxınlaşıb balıq ovlamaq üçün biletinin olub-olmamasını soruşdular. O isə biletinin olmadığını bildirdi. Sonra Ekologiya İdarəsinin əməkdaşları ilə arasında mübahisə yarandı. İcazəsiz balıq ovu ilə məşğul olduğuna görə əməlindən peşimandır. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, balıq ovlamaq üçün tor vasitəsi müsadirə edilməklə onun barəsində ov hüququ məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ov hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılsın. İnzibati xətanın törədilməsində istifadə olunmuş və Mingəçevir şəhər Prokurorluğunda saxlanılan tor müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar