Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-844/2021 13.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və X1nın iştirakı ilə xx xxxxx 1988-ci ildə Xocalı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi A 109-cu ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(051)-662/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 14.03.2017-ci il təvəllüdlü Damla adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat məbləğində aliment tutulub iddiaçı X3 verilməsi qərara alınmışdır. Şəxs Məhkəmənin 29 mart 2021-ci il tarixli 2(051)-662/2021 saylı icra vərəqəsinin icrasını üzrsüz səbəbdən icra etməməsinə görə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. İnzibati protokola əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında bildirdi ki, iş üzrə borclu Şəxs Məhkəmənin 29 mart 2021-ci il tarixli 2(051)-662/2021 saylı icra sənədi üzrə 14.03.2017-ci il təvəllüdlü Damla adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər 130 manat məbləğində aliment X1na ödəməli olduğu halda, davamlı olaraq ödəniş etməmiş, nəticədə 520 manat məbləğində borcu yaranmışdır. İcra məmuru tərəfindən rəsmi xəbardarlıq edilməsinə və izahatının alınmasına baxmayaraq borclu borcunu ödəməmişdir. Beləliklə borclu tərəfindən məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Ona görə də, borclunun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. Hazırda Şəxs aliment üzrə yaranmış borcundan 300 manat ödəmişdir. Qalıq digər borcu isə qısa müddətdə ödəyəcəyinə söz verdi. Barəsində inzibati protokol tərtib olunmuş Şəxs məhkəmə iclasında bildirmişdir ki, X1na olan 520 manat aliment borcunu ödəməkdən boyun qaçırmır, lakin maddi imkanı olmadığı üçün yaranmış aliment borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda tələbkar ilə öz aralarında razılığa gəlmiş və aliment borcundan 300 manat manat ödəniş etmiş, qalıq borcu isə iki günə ödəyəcəyini bildirdi. Gələcəkdə hər ay təyin olunmuş alimentdən əlavə aliment borcundan da ödəyəyəcək. X1 izahatında göstərdi ki, Şəxs icra sənədi təyin olunmuş borcunu vaxtında ödəmədiyi üçün 520 manat aliment borcu olmuş və hazırda Şəxs aliment borcundan 300 manat ödəniş etmişdir. Qalıq borcu isə iki günə ödənilməsi ilə bağlı razılığa gəlmişlər. İşə əlavə olunmuş 13.10.2021-ci il tarixli ərizədən görünür ki, Şəxs 2(051)-662/2021 saylı icra sənədi üzrə X3 aliment borcundan 300 manat pul ödəmişdir. Məhkəmə işdə olan sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Beləliklə, V.Əkbərovun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. V.Əkbərovun əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs oğlu barəsində Azərbaycan Republikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-844/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-844/2021
13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver