Məhkəmə qərarları › İş №3(051)-844/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-844/2022

23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-844/2022 23.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs: Şəxs İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Mingəçevir şəhər prokurorun nümayəndəsi: X1 iştirakı ilə xx.xx.1965-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında qərara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan “Vellboat-46” markalı qayığa benzin tökərək yandıraraq zərərçəkmiş şəxs AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 1750 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Mingəçevir şəhər prokurorun nümayəndəsi X3 məhkəmə iclası zamanı qərarın dəlillərini müdafiə etdi və öz rəyində göstərdi ki, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir. Şəxs həmin inzibati xətanı törətməsi, özünün etirafı, şahidlərin ifadələri və işdə olan digər mötəbər sənədlərlə təsdiq olunmuşdur. Onun əməlində inzibati xəta tərkibinin əlamətləri məcmu halında mövcuddur. Odur ki, məhkəmədən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Kür çayının Mingəçevir şəhər ərazisində keçən hissəsində balıq ovu ilə məşğul olur. Həftədə təqribən üç-dörd dəfə öz qayığı ilə Kür çayında tor quraraq balıq ovu edir. Dörd gün əvvəl 16 sentyabr 2022-ci il tarixdə Kür çayında bir ədəd tor qurmuşdur. 20 sentyabr 2022-ci il tarixdə saat 06:00 da yaşadığı mənzildən çıxıb qayığını suya endirmiş və həmin vaxt qonşusu X6 da onunla birlikdə olmuşdur. O, Natiq Qəribov ilə birlikdə suda qurduğu torlar istiqamətində hərəkət etmişdir. Qayıq mühərrikli olmadığı üçün Natiq Qəribov qayığı əllə idarə etmişdir. Suya qurulmuş torlar ona məxsus olmuşdur. Natiq Qəribov qayıq sürmək üçün ona kömək etmişdir. Təqribən saat 09 radələrində o, Natiq Qəribov ilə birlikdə qurduğu torların yanında olarkən mühərrikli kiçik həcmli gəmi onlara yaxınlaşmışdır. Həmin kiçikhəcmli gəmidə oturan şəxsləri tanımamış, lakin sonradan onların 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olduqlarını bilmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər heç vaxt tanımamış və onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb özlərini tam xatırlamasa da ya su polisi, yada ekologiya xidmətinin əməkdaşları kimi təqdim etmişlər. Onlar ona balıq ovunun qadağan olduğunu bildirmişlər və bundan sonra kiçik həcmli gəmidə olan ekologiya idarəsinin əməkdaşlarından biri onun balıq ovu etməsini sənədləşdirməyə başlamışdır. O, həmin şəxslərə bunu etməməsini, maddi imkanının zəif olduğunu, balığı ailə üzvlərini dolandırmaq üçün tutduğunu bildirmiş və bundan sonra Ekologiya İdarəsinin əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Ekologiya idarəsinin işçilərinə onu əsəbləşdirməməyi, əks təqdirdə idarə etdikləri gəmini yandıracağını bildirmişdir. Onun Kürə çıxdığı qayıq mühərriksiz olduğu üçün qayığında benzin olmamışdır. Ekologiya idarəsinin əməkdaşlarına tərəf dönüb o kiçik həcmli gəmilərində olan benzinin onun qayığında olmadığını bildirən zaman ekologiya idarəsinin əməkdaşı gəmisində olan benzin məhlulunu götürərək “ala yandır görüm necə yandırırsan” deyərək onu və ailə üzvlərini təhqir etmişlər. Onun qayığı ilə ekologiya idarəsinin əməkdaşlarının idarə etdiyi kiçik həcmli gəmi yan-yana dayanmış vəziyyətdə olmuşdur. O, qonşusu Natiq Qəribov ilə öz qayığında, ekologiya idarəsinin əməkdaşları isə öz kiçik həcmli gəmilərində olmuşlar. O tünd göy rəngli qabda olan benzin məhlulunu götürüb ağzını açaraq içindəki benzin məhlulun təqribən yarım litrdən çox hissəsini ekologiya idarəsinin əməkdaşlarının əyləşdiyi kiçik həcmli gəminin içinə tökmüşdür. Bundan sonra siqaretinin yanına qoyduğu alışqanı götürmüş və alışqanı yandıran kimi əlində olan göy rəngli benzin qabı alışmağa başlamışdır. Həmin qab əlində yandığı üçün ekologiya idarəsinin əməkdaşlarının əyləşdiyi kiçik həcmli gəmiyə benzin qabını atmışdır. Bundan sonra ekologiya idarəsinin əməkdaşlarının əyləşdiyi kiçik həcmli gəmidə yanğın başlamış və Ekologiya idarəsinin əməkdaşlarının hər ikisi özlərini suya atmışlar. Qayıqlar yan-yana olduğu üçün alovun təsirindən o da suya yıxılmışdır. Onlar suda olarkən ekologiya idarəsinin əməkdaşlarının hadisə yerinə gəldiyi gəmidə partlayış baş vermişdir. Hadisə baş verən vaxt bir Natiq Qəribov gəmidə qalmışdır. Natiq onların hamısına kömək edib sudan çıxarmışdır. Ekologiya idarəsinin əməkdaşları sudan çıxandan sonra kiçik həcmli gəmilərini söndürməyə başlamışlar. Bundan sonra baş vermiş hadisə barədə rəhbərliklərinə və hüquq mühafizə orqanlarına məlumat vermişlər. Əməlindən peşmandır. Odur ki, məhkəmədən izahatında göstərilənlər nəzərə alınmaqla, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Babək oğlu ifadəsində göstərdi ki, 01 may 2017-ci il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər idarəsində işləyir. Tutduğum vəzifədə isə 06 mart 2019-cu il tarixdən işləyir. Tutduğu vəzifəyə uyğun olaraq xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə nəzarət, xidməti ərazidə gündəlik müşahidələrin aparılması, xidməti ərazidə baş verə biləcək qanun pozuntusunun qarşısının alınması, ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi vəzifələri mənə həvalə edilmişdir. Göstərdiyi vəzifələrin icrası ilə əlaqədar 20 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində qayıqçı matros Zərərçəkmiş şəxs2 ilə Kür çayında reyd keçirmək üçün şəhər ərazisində yerləşən Sahil parkından Nazirliyin balansında olan kiçik həcmli mühərrikli gəmiyə əyləşmişlər. Həmin vaxt onlar suda reyd keçirərkən iş yoldaşı məsləhətçi müfəttiş X2 quru ərazidə hərəkət edirdi. Sonuncuya Kür çayının sol cinahında reyd keçirəcəyi, həmin ərazidə olmasını lazım olarsa sənədləşmə işləri aparacağını bildirmişdir. Bundan sonra o matros Zərərçəkmiş şəxs2 ilə Kür çayının Yevlax şəhəri istiqamətində axan hissəsində Mingəçevir kəndi adlanan ərazidə reydə başlamışlar. Təqribən saat 09 radələrində uzaqdan bir qayığın Kür çayında hərəkət etdiyini görmüşdür. Matros Zərərçəkmiş şəxs2 həmin qayıq istiqamətində hərəkət edərək ona yaxınlaşmış və həmin qayıqda adını sonradan bildiyi Şəxs və X6 əyləşmişlər. Natiq Qəribov qayıqda əyləşmiş vəziyyətdə, Şəxs isə balıq tutmaq üçün qurduğu toru yığırdı. Matros Zərərçəkmiş şəxs2 onların içərisində olduqları kiçik həcmli mühərrikli gəmini qarşı tərəfin əyləşdiyi qayığa tam yaxınlaşdırdı. Hətta o səviyyədə yaxınlaşma oldu ki, qayıqlar paralel istiqamətdə bir birlərinə toxunulu dayandılar. Onların kiçik həcmli mühərrikli gəminin mühərriki səs etdiyi üçün Toğrul məhərriki söndürdü. Bundan sonra mən özümü Şəxs təqdim etdim. Şəxs ona qulaq asaraq qurduğu balıq torunu yığmağa davam etmişdir. Ardından Şəxs balıq ovlamaq üçün biletinin olub-olmadığını soruşmuşdur. Kür çayında bir mənalı olaraq balıq ovu üçün balıq ovlama bileti verilmədiyini bilsə də tam əmin olmaq üçün yenə də Şəxs balıq ovlama biletinin olub-olmamasını soruşmuşdur. Şəxs ona balıq ovlama bileti olmadığını bildirdi. Bundan sonra o Şəxs balıq ovlamağın qadağan olunduğunu bildirib, müvafiq sənədləşmə işinə başlamışdır. Şəxs adını qeyd edən zaman o, onlarla mübahisə etməyə və qanunsuz həyata keçirdiyi balıq ovunu sənədləşdirmənin qarşısını almağa başlamışdır. O Şəxs quruya çıxmağı və həmin sənədləşmə işinin davamının Rübail Allahverdiyev tərəfindən həyata keçiriləcəyini bildirmişdir. Bundan sonra Şəxs mübahisəni daha da dərinləşdirərək nalayiq ifadələr işlədərək əlini onların əyləşdiyi kiçik həcmli mühərrikli gəmidə olan göy rəngli benzin qabına atdı. Şəxs həmin benzin qabını açaraq onların gəmisinin içinə tökməyə başlamışıdır. O gəmidə oturaq vəziyyətdə olduğu üçün benzin birinci tökülən zaman onun üz nahiyyəsinə dəydi. Bundan sonra Şəxs hərəkətinin qarşısını almaq üçün ayağa durdmuş və həmin vaxt qolu qısa paltar geyindiyi üçün tökülən benzin bir başa sağ qoluna dəymişdir. Şəxs bir başa benzini nə onun nədə Zərərçəkmiş şəxs2 üstünə tökmürdü. Onun niyyəti həmin benzin məhlulunu onların gəminin içərisinə tökmək idi. Amma həmin vaxtı o, əsəbi halda benzin qabını tökdüyü üçün həmin benzin məhlulu onların üzərinə də dəymişdir. Şəxs bir az benzin məhlulundan tökdükdən sonra öz qayığında olan alışqanı götürüb yandırmışdır. Alışqan yanan kimi Şəxs əlində olan benzin qabı yanmağa başlamış və o, yanan benzin qabını onların olduğu gəmiyə atmışdır. Bu zaman onlar olduğu gəmidə güclü alovlanma baş vermişdir. Alovlanma başlayan kimi o özünü Kür çayının atmışdır. Özünü Kür çayına atmağına baxmayaraq üz nahiyəsində və sağ qolunda yanıq xəsarətləri əmələ gəlmişdir. O, suda olarkən Torğrul Rəhimli də özünü suya atmışdır. Suyun altından çıxarkən Şəxsda suda olduğunu görmüşdür. Şəxs yanında olan Natiq Qəribov onlara kömək edərək sudan çıxarmışdır. O, sudan çıxanda Toğrulun qurudan qayığa torpaq ataraq söndürdüyünü görmüşdür. Bundan sonra baş vermiş hadisə barədə rəhbərliklərinə və hüquq mühafizə orqanlarına məlumat vermişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 digər şahid Zərərçəkmiş şəxs1 Babək oğlu ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, cinayət işinin başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində AR Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, yanğın zamanı Merkuri ML-30 mühərrikli aliminium qayığın ümumilikdə 30 faizi zərər görmüşdür. Qayığın yanmış hissələrinin bərpası üçün 2764 manat tələb olunduğu müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, gəzinti aluminium qayığın təmiri və istismarı məqsədə uyğun hesab edilmişdir. İşdə olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X5 İdarəsinin direktoru Elxan Baxışov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən 2016-cı il tarixli Rusiya Federasiyasında zavod üsulu ilə istehsal olunmuş “Vellboat-46” markalı, Merkuri ML-30 mühərrikli qayığa dəymiş ziyanın ümumi məbləği 2022-ci ilin sentyabr ayına 1750 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan “Vellboat-46” markalı qayığa benzin tökərək yandıraraq zərərçəkmiş şəxs AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 1750 manat məbləğində ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1– ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İş materiallarında olan ekspert rəyindən də göründüyü kimi zərərçəkmiş şəxsə 1750 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində AR İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1750 (min yeddi yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar