Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-846/2025 21.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1966-ci il tarixdə Şəki şəhəri,Böyük Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (xxxxxxx) Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, 19:00 radələrində aralarında yaranmış mübahisə zamanı X2 duz qabı ataraq ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X5 oğlu X3 həyat yoldaşıdır. Hal-hazırda yola getmədikləri üçün boşanma ərəfəsindədirlər. Hadisə günü Rəşidə Məmmədova rəfiqəsi ilə birlikdə onun yanında qalan uşaqlarını, yəni nəvələrini görməyə gəlmişdir. Görüş zamanı onunla Rəşidə Məmmədova arasında mübahisə yaranmışdır. Daha sonra X5 və əvvəllər tanımadığı, sonradan adının X6 olduğunu bildiyi rəfiqəsi ilə yaşadığı mənzilin pəncərəsindən qonşunun həyətinə keçərək, mənzilin pəncərəsini çöldən döydüyü üçün azyaşlı nəvələri qorxduğuna görə o da pəncərəni açaraq, evdə olan diş çöpünün plastmas qabını Rəşidə Məmmədovaya atmışdır. Lakin həmin diş çöpünün plastmas qabının ona dəyibdəyməməsini görməmişdir. Hesab edir ki, həmin qab yüngül materialdan hazırlandığı üçün Rəşidə Məmmədovada xəsarət yarada bilməzmiş. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Şəxs ona verilmiş suala cavab olaraq ibtidai araşdırma zamanı vermiş olduğu “Rəşidə Məmmədovaya duz qabını atması” ifadəsi ilə məhkəmə iclası zamanı verdiyi ifadə arasındakı ziddiyyəti izah edə bilməmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Şəxs qayınanasıdır. xx.xx.2025-ci il tarixdə, 19 radələrində ünvan 2 ünvanına X6 ilə birlikdə azyaşlı uşaqlarını görmək üçün gedən zaman qayınanası ilə aralarında mübahisə yaranmış, ona şüşə materialdan hazırlanmış duz qabı ataraq xəsarət yetirmişdir. Qeyd etmişdir ki, həmin duz qabı qayınanasıgildə olan, ona məxsus cehiz əşyasıdır. Həmin əşyanın duz qabı olmasının şəxsi telefonu ilə çəkilmiş videogörüntüsünü məhkəməyə təqdim edir. Buna görə də o, DİN-in 102 xidmətinə və Mingəçevir ŞPŞ-yə məlumat vermişdir. Hal-hazırda Gülsümdən şikayətçidir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, 19 radələrində ünvan 2 ünvanına X5 ilə birlikdə Rəşidənin azyaşlı uşaqlarını görmək üçün gedən zaman Şəxs Rəşidəyə duz qabı ataraq xəsarət yetirmişdir. Sübutların tədqiqi: İşdə olan xx.xx.2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində AR İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 348 saylı rəyindən görünür ki, X1 alın nahiyəsində qançırlar küt əşyanın (alətlərin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğundur, sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin olunmur. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X1 mobil telefon vasitəsi ilə təqdim etdiyi videogörüntüyə baxış keçirilərkən Rəşidə Məmmədovanın, “Şəxs tərəfindən ona tərəf atılmasını” iddia etdiyi qabın şəffaf rəngdə qab olması müəyyən olunmuşdur. Həmin videogörüntü CD diskə köçürülərək iş materiallarına əlavə olunmuşdur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs, xx.xx.2025-ci il tarixdə, 19:00 radələrində ünvan 2 ünvanına gələn X2 qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(051)-846/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-846/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver