Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-847/2022 26.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Şikayətçi: X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati məsuliyyətdən azad edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, həmin maddənin mahiyyəti lisenziya olmadan tibbi fəaliyyətlə məşğul olmanı nəzərdə tutur. Ancaq şikayətçi tibbi fəaliyyətlə məşğul olmur. Həmçinin o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti X5 uçotu haqqında ********** Qeydiyyat №-li Şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Hazırda aktiv vergi ödəyicidir. Həmçinin çoxfunksiyalı cihazın tam nəzəri və praktiki təlimini keçərək “istifadəçi sertifikatı” almışdır. Belə ki, 13 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində fəaliyyət göstərdiyi otaqda olarkən, polis əməkdaşları gələrək qapını döymüş və içəri daxil olmaq istəmişlər. O isə əməkdaşlara içəri girməyə mane olmuşdur. Sonradan polis əməkdaşları bir neçə şəkil çəkərək getmişlər. Hadisədən bir ay 5 gün keçəndən sonra onun barəsində Bakı şəhəri ərazisində 10 noyabr 2022-ci il tarixli ******* saylı protokol tərtib olunuşdur. Protokolla tanış olmaq üçün onu dəvət etməmişdirlər. Əgər dəvət edilsə idi, lazımi sənədləri də özü ilə aparacaqdı. Hazırki vəziyyətdə isə o protokolla qəti razılaşmır. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən şikayətçi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000(iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, törətdiyi əmələ düzgün qiymət verilməmişdir. Şikayətçi, tibbi fəaliyyətlə məşğul olmur. Həmçinin göstərdiyi fəaliyyətə görə lisenziya almışdır, vergi ödəyicisi kimi də qeydiyyatdadır. Şikayətçi vəzifəli şəxs hesab olunur. Epilyasiya yeri işlədir və bunun üçün lazım olan bütün sənədləri qaydasındadır. Ona görə də məhkəmədən şikayətçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaq, məhkəmə prosesində iştirakı təmin edilməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə, qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayət ərizəsini, inzibati xəta haqqında protokolu, şikayətçinin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində Mingəçevir ŞPŞ tərəfindən keçirilmiş nəzarət zamanı lizenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olduğu üçün barəsində Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan X5 Uçotu haqqında Şəhadətnamədən görünür ki, X3 vergi ödəyicisi kimi qeydiyyatdadır. İşdə olan “Mesa Group” tərəfindən verilmiş Sertifikatdan görünür ki, X3 çoxfunksiyalı cihazın tam nəzəri və praktiki təlimini keçərək “istifadəçi sertifikatı” nı almağa haqq qazanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 16 noyabr 2022-ci il tarixli MN ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş 16 noyabr 2022ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Protokol tərtib olunarkən göstərilən fəaliyyətin hansı əsasla tibbi fəaliyyət kimi qeyd olunması öz təsdiqini tapmamışdır. Bununla belə şəxs məsuliyyətə lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma kimi cəlb edilmişdir. Belə ki, bütün bu hallar orqan tərəfindən aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 16 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-847/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-847/2022
26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver