Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-848/2022 14.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Şəxs barəsində Suraxanı rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta haqqında material öyrənilərkən məlum olmuşdur ki, inzibati xəta haqqında protokol İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol məhkəməyə daxil olsa da, təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. Belə ki, inzibati xəta haqqında protokola inzibati tənbeh vermə haqqında qərar əlavə edilmişdir ki, həmin qərarda da yalnız Şəxs törətdiyi inzibati xətaya görə təyin edilmiş inzibati cərimənin məbləği qeyd edilmişdir. Lakin onun tərəfindən inzibati cərimənin ödənilmədiyi hər növbəti gün üçün hesablanan dəbbə pulunun məbləğini əks etdirən sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, AR İXM-nin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə yalnız Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokol və inzibati qaydada cərimə edilməsinə dair qərar daxil olmuş, lakin həmin qərarın Şəxs çatdırılması ilə bağlı xəbərnamə protokola əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 127-ci maddəsinə əsasən Bu Məcəllənin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Məhkəmə tərəfindən inzibati xəta haqqında material araşdırılarkən, həmin inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün inzibati xəta törətmiş şəxsin vəzifəli şəxs tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılması, o cümlədən onun gəlməkdən qəsdən boyun qaçırması müəyyən edilməmiş, bu barədə protokolda hər hansı müvafiq qeyd aparılmamışdır. Belə ki, iş materiallarında inzibati xəta törətmiş şəxsə ünvanlanmış bildiriş məktubu olsa da, həmin məktubun inzibati xəta törətmiş şəxs tərəfindən alınmasını və onun gəlməkdən qəsdən boyun qaçırmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olunduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Suraxanı rayon Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-848/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-848/2022
14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver