Məhkəmə qərarları › İş №3(051)-851/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-851/2021

15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-851/2021 15.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, MRT Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş MN № ******* saylı, 05.10.2021-ci il tarixli protokoldan görünür ki, MRT Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə qanunla nəzərdə tutulumuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auiditdən yayınmağa görə barəsində İXM-nin 464-cü maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. X1 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. İş materialları ilə müəyyən edilir ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman barəsində protokol tətib edilən hüquqi şəxs MRT Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı təmin olunmamış, ona həmin protokol barədə məlumat verilməmişdir. Ona göndərilən bildirişin çatması barədə poçt xəbərnaməsi işə əlavə olunmamış və MRT Məhdud Məsuliyyətli Cəmiyyəti protokoldan məlumatsız olmuşdur. Ona görə də MRT Məhdud Məsuliyyətli Cəmiyyəti qanunla müəyyən edilmiş hüquqlardan istifadə edə bilməmişdir. İnzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə görə protokol düzgün tərtib olunmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, MRT Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutub Q ə r a r a a l d ım: MRT Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar