Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-853/2023 27.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Yevlax rayonu, Aşağı Bucaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Yevlax rayonu, Aşağı Bucaq kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə müəyyənetdim: Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən İstanbul kafe adlanan yerdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclasında ona istinad olunan inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, Mingəçevir şəhərində yerləşən İstanbul kafedə siqaret çəkirmiş. Bu zaman polis əməkdaşları gəlmiş və qapalı məkanda siqaret çəkməyin qadağan olduğunu bildirmişlər. Ondan ad soyadı deməsini tələb etmişlər. Lakin o ad soyadı deməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Lakin bu zaman ki, onlar artıq gedirdilər o polis əməkdaşlarına söyləmiş ki, ad soyadı deyəcəkdir. Onu aparmasınlar. O polisin qanuni tələbinə sonradan riayət etməyə çalışmışdır. Etdiyi əməldən peşmandır. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X3 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən İstanbul kafe adlanan yerdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. Belə ki, Hüseynov X1 şəhəri N.Nərimanov küçəsində yerləşən İstanbul kafesində, qapalı məkanda siqaret çəkdiyi üçün vəzifələrini icra edən polis əməkdaşları ona yaxınlaşmış və ondan özünü təqdim səndələrini təqdim edilməsinə baxmayaraq polis əməkdaşlarının qanun tələblərinə tabe olamamışdır. İş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı X4 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində yerləşən İstanbul kafeyə baxış keçirilmişdir. Baxış zamanı adını sonradan bildiyi Şəxs qapalı məkanda siqaret çəkdiyi müəyyən edilmişdir. Ondan ad və soyadı söyləməsini tələb etmişlər ki, onun barəsində inzibati cərimə tətbiq edilsin. Lakin o, ad və soyadı deməkdən imtina etmişdir. Nə qədər müddət tələblərini bildirsələr də, şəxs ad və soyadını deməmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Ona görə də məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələbinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 26 oktyabr 2023-cü il tarixdən, saat 18:40-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-853/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-853/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver