Məhkəmə qərarları › İş №3(051)-853/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-853/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-853/2025 01.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, İcra sənədi üzrə tələbkar: Zərərçəkmiş şəxs, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1996-cı il tarixdə Şəki rayon, Bolludərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-332/2024 saylı icra sənədinin icrası ilə əlaqədar 3168 manat pul məbləğini ödəməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-332/2024 qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 160 manat sait pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Borcluya həmin borcun ödənilməsi üçün həm şifahi, həm də yazılı xəbərdalıq edilməsinə baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, o Vətən Müharibəsi veteranıdır. Onun cəmi 80 manat veteranlığa görə haqq alır. Əvvəl 52 manat pul tutulması aparılırdı. Lakin son zamanlar o da tutulmur. Bununla belə, onun əlinə bu qədər məbləğdə pul gəlir. Onun yaşayış tərzi qənaətbəxş deyil. O da pulsuzluqdan əziyyət çəkir. Artıq dörd aydır ki, işləyir. Pulunu bundan sonra hissə-hissə ödəyəcəkdir. Odur ki, deyilənlərə əsasən qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borcluya son dəfə şans vermək niyyətindədir. Əgər bu dəfə də icra etmədə, o zaman məcburi icra tədbirləri görülər. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylıprotokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-332/2024 saylı icra vərəqi üzrə yaranmış 3168 manat məbləğində pul borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-332/2024 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 160 manat sait pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bununla belə, mediasiya xərcinin 25 manat məbləğində hissəsi və ödənilmiş 39,2 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası barədə” bildirişdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-332/2024 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi xahiş olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-332/2024 saylı icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-332/2024 saylı icra sənədinin könüllü qaydada icra etməsə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xəbərdar olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli borclunun axtarılması barədə qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-332/2024 saylı icra sənədi üzrə borclu ünvan 1 ünvanında yaşayan Şəxs axtarışının elan edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli izahatlardan görünür ki, borclu Abbasov X2 Şəhər İcra və Probasiya Şöbəsinə dəvət olunmuş və onun izahatı alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, tələbkar Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə araşdırmasızamanı müəyyən edildi ki, borclu borcunu ödəməkdən yayınsa da, tələbkar Zərərçəkmiş şəxs borcunu ödəmək üçün borcluya müəyyən qədər vaxt verilməsinə razıdır. Beləliklə, icra məmurunun, borclunun və tələbkarın izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun, icra məmurunun və tələbkarın izahatları və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, məhkəmə araşdırması müəyyən edilmişdir ki, borclu işləyir və əmək haqqısından hər ay müəyyən məbləğ həmin borcun ödənilməsi məqdəsilə tutulur. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzürsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxsnın əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75–ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar