Məhkəmə qərarları › İş №3(051)-855/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-855/2021

27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-855/2021 27.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X2, İcra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bayraməli qızının iştiraki ilə, xx.xx.1987-ci ildə Ucar rayonuda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mngəçevir şəhəri H.Əliyev prospekti 82/1, mənzil 41-də yaşayan Şəxs Bayraməli qızı barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər məhkəməsinin 2(051)-2789/2018 №li 19.10.2018-ci il tarixli icra sənədi üzrə yaranmış 677.90 manat borcunu ödəmədiyinə görə Şəxs Bayraməli qızı barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bayraməli qızı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, bu gün ona məlum olubdur ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2789/2018 №li 19.10.2018-ci il tarixli icra sənədinə əsasən ondan 677.90 manat alınıb tələbkar BOKT "xxxx" MMC verilməlidir. O, Mingəçevir şəhərində qeydiyyatda olsa da Mingəçevirdə deyil, Cəlilabad rayonunda yaşayırdı. Ona görə də məhkəmə qərarı, icra sənədinin icrası ilə bildirişlər ona çatmamışdır. Hazırda maddi imkanı olmadığına görə borcunu ödəyə bilmir. Himayəsində serebral iflic xəstəsi olan bir uşağı var. Uşağın müayinə, müalicə xərclərini çətinliklə ödəyir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamışdır. Borcunu ödəyəcəkdir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2789/2018 №li 19.10.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs Bayraməli qızından 677.90 manat alınıb tələbkar BOKT "xxxx" MMC verilməlidir. Lakin Şəxs borcu tam ödəmədiyi üçün onun 677.90 manat borcu yaranmışdır. Ona görə də barəsində inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs Bayraməli qızı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Müəyyən edildi ki, Şəxs məhkəmə qərarı, icra sənədinin icrası barədə bildirişlər ona çatmadığına görə borcundan ödəniş etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs Bayraməli qızının əməlində 677.90 manat borc ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Bayraməli qızının 677.90 manat borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar