Məhkəmə qərarları › İş №3(051)-855/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-855/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-855/2023 30.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3, Migəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X4, Mingəçevir şəhər İcra hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasının üzvü X5, Mingəçevir şəhər Polis Şöbəsinin İTB-nin X1 profilaktiki işin təşkili qrupunun inspektoru polis kapitanı X2, Zərərçəkmiş Zərərçəkmiş şəxs Barəsində İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1990-cı ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ev 6, mənzil 30-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00-da Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin qarşısında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2014-cü ilin oktyabr ayının 19-da rəsmi ailə həyatı qurmuşdur. Üç azyaşlı övladı olmuşdur. X9, X7 və X10 olmuşdur. 2022-ci ilin yanvar ayının 21-də Mingəçevir şəhər məhkəməsində aralarında olan nikaha pozulmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində İcra Probasiya Şöbəsində az yaşlı uşaqlarını görüş saatı ilə bağlı görməyə gedən zaman həmin vaxt İnzibati binanın çöl tərəfində olan zaman böyük qızı Banunu qucaqlayıb bağrına basmaq istəyən zaman həmin vaxt Çinarə uşağını qucaqlamağına mane olmaq istəmişdir. Uşağa dartmağa başlamışdır. Uşağını qucaqlayıb qaldırmışdır. Həmin vaxt ehtiyatsızlıqdan başı Çinarənin baş nahiyəsinə dəymişdir. Sonra isə Çinarə qışqırmağa başlamışdır. 102 xidmətinə zəng edib məlumat onun Çinarəni döyməsi barədə məlumat vermişdir. Lakin Çinarəni həmin vaxt döyməmişdir. Bunun yalan, böhtan olduğunu bildirir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, əri Şəxs ilə 2014-cü ilin oktyabr ayının 19-da rəsmi ailə həyatı qurmuşdur. Üç azyaşlı uşaqları olmuşdur. Böyük uşağı X9, X7 və X10 olmuşdur. 2022-ci ilin yanvar ayının 21-də Mingəçevir şəhər məhkəməsində aralarında olan nikaha pozulmuşdur. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində az yaşlı övladları ilə birlikdə Mingəçevir İcra və Probasiya şöbəsində Şəxsla görüşən zaman az yaşlı övladları qorxduğu üçün Şəxs parka getməsini və uşaqlarla parkda görüşməsini təklif etmişdir. Bu zaman aralarında sözlə mübahisə olmuşdur. Mübahisə zamanı Şəxs qəsdən hər iki qolundan tutub baş nahiyəsinə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, görüş onun yanında olmuşdur. Şəxs Zərərçəkmiş şəxs vurmamışdır. Əgər vursa idi, o bunu görərdi. Ancaq sözlə mübahisələri hər görüşdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və patoloji X8 Hüquqi şəxsinin 554 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ təpə nahiyyəsində 2x2x sm ölçüdə hərəkətsiz, əllədikcə ağrılı şişkinlik-hematoma vardır. Sol saidin aşağı ön 1/3-də 2x0,3 sm ölçüdə dəri səviyyəsindən yuxarı qartmaqla örtülü sıyrıq vardır. Sol bazunun aşağı ön 1/3-də 2x2 sm ölçüdə göyümtül-boz rəngdə qançır vardır. İş materiallarında olan CD diskə baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs vurması müəyyən olunmur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, barəsndə inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi, zərərçəkmiş şəxsi və şahidi dindirib, məhkəməyə təqdim edilmiş sənədləri tətdiq edib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Əksinə məhkəmədə dindirilmiş hadisəyə bilavastə şahid olan Migəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru öz izahatında qeyd etmişdir ki, Şəxs uşaqları ilə ünsiyyətdə olması üçün görüş verilməsi onun icraatında olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində İcra Probasiya Şöbəsində görüşün təşkili zamanı şöbənin qarşısında Şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə olmuş, lakin Turalın Cinarəni döyməmiş və döyməsini də görməmişdir. Əgər belə hadisə baş versəydi o bunu görər və müvafiq tədbirlər görərdi. Migəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmurunun göstərdiy dəlillər məhkəmə iclasında nümayiş etdirilmiş video disklə də təsdiq olunur. İnzibati xəta haqqında protokola əlavə edilmiş, sübut kimi qəbul edilmiş məhkəmətbbi ekspertizasının rəyi məhkəmə araşdırması zamanı mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə ki, həmin rəy əvvəlcədən şəxsin inzbati xəta törətməsinə dəlalət etmir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.1-ci maddəsinin tələbinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar