Məhkəmə qərarları › İş №3(051)-855/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-855/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-855/2025 01.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Mingəçevir şəhəri, X1 küçəsi ev 9, mənzil 24 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxsnın barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-379/2025 saylı icra sənədinin icrası ilə əlaqədar 790 manat pul məbləğini ödəməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-379/2025 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə cavabdeh Şəxs dəyəri olan 790 manat alınıb ərizəçi Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-379/2025 saylı icra sənədindən xəbəri olmamışdır. Ona qədər alimenti hər ay vaxtlı-vaxtında ödəmişdir. Yaranmış aliment borcunu hal-hazırda tam şəkildə ödəməyə imkanı yoxdur. Odur ki, deyilənlərə əsasən qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-379/2025 saylı icra vərəqi üzrə yaranmış 790 manat məbləğində pul borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-379/2025 saylı icra vərəqəsindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.2014-cü il tarixdə doğulmuş Məleykə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-583/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 130 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu Şəxs tutularaq ərizəçi Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-379/2025 saylı icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası barədə” bildirişdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-379/2025 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi xahiş olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli borclunun axtarılması barədə qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-379/2025 saylı icra sənədi üzrə borclu olan, Mingəçevir şəhəri, X1 küçəsi ev 9, mənzil 24 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli izahatlardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-583/2018 saylı, 20 iyun 2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs izahatı alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu borcunu ödəməkdən yayınmır. Əksinə, bu müddət ərzində borcunu əvvəlki məhkəmə qətnaməsi ilə icra etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-379/2025 saylı, 08 sentyabr 2025-ci il tarixli qəradadından xəbəri olmamışdır. Belə ki, Şəxs əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş 130 manat aliment məbləğini vaxtlı-vaxtında ödəmişdir. Beləliklə, icra məmurunun və borclunun izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun, icra məmurunun izahatları və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, məhkəmə araşdırması müəyyən edilmişdir ki, borclu işləyir və əmək haqqısından hər ay müəyyən məbləğ həmin borcun ödənilməsi məqdəsilə tutulur. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzürsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxsnın əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75–ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar