Məhkəmə qərarları › İş №3(051)-858/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-858/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-858/2025 15.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 210.1 və 215.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində inzibati qərar qəbul edilmiş X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı həmin qərarından şikayət verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, həmin maddənin mahiyyəti lisenziya olmadan tibbi fəaliyyətlə məşğul olmanı nəzərdə tutur. Lakin onun hər hansısa bir tibbi fəaliyyətlə məşğul olmağı barədə tərtib edilmiş bu protokol əsasında qəbul edilmiş tənbeh qərarı tamamilə absurddur. O, diş texniki deyil və diş texniki kimi çalışmağı ilə bağlı hər hansı bir tibbi məktəbi və ya ali məktəb üzrə təhsili yoxdur. Qeyd olunan klinika da ona məxsus deyildir, o, sadəcə olaraq klinikada otaq arendaya götürərək icarə əsasında digər bir diş texnikinə icarəyə vermişdir. O, icarədar və vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və bununla bağlı vergi ödəyicisinin şəhadətnaməsi olan VÖEN də almışdır. Onun, ümumiyyətlə, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan da heç bir məlumatı olmamışdır. Onu Mingəçevir Şəhər Prokuroluğuna çağırmışlar və orada ona Aygün Abdurəhmanova adlı şəxs tərəfindən şikayət olunduğunu bildirmişlər. Qeyd edir ki, o, adı çəkilən şəxs ona dişlərin müalicəsi ilə bağlı müraciət etməmişdir. Qeyd olunan şəxsin dişlərinin müalicəsini həmin klinikada diş texniki kimi fəaliyyət göstərən digər həkim tərəfindən müayinə edilmişdir. Lakin şəxs onu həmin diş texnikini yanında görmüş və dişlərin onun tərəfindən müayinə edildiyini hesab etmişdir. O, bir daha qeyd edir ki, klinikada heç bir diş texniki kimi fəaliyyət göstərmir və heç kimin dişlərini də müayinə etməmişdir. O, şikayət əsasında prokurorluğa dəvət olunmuş və izahatı alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən barəsində tərtib edilən inzibati xəta haqqında protokoldan isə onun ümumiyyətlə məlumatı olmamışdır. Qeyd olunan protokol onun iştirakı olmadan tərtib edilmiş, onun izahatı Nazirlik tərəfindən alınmamış və ona nə üçün protokol tərtib edildiyi izah edilməmişdir. Lakin inzibati xəta haqqında protokol onun ünvanına göndərildikdən sonra məlumatı olmuşdur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və bu protokol əsasında isə ona inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında isə 5000 manat cərimə edilməyi qeyd edilmişdir. O, heç bir klinikada çalışmır və bununla bağlı heç bir şəxslə də müqavilə bağlamamışdır. O, sadəcə icarədar olduğu üçün vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və qeyd olunan klinikada adi bir otağı icarəyə götürərək digər diş texnikinə icarəyə vermişdir. Bununla bağlı o, 2023-cü ilin avqust ayının 17-də klinika rəhbəri X3 ilə icarə müqaviləsi də bağlamışdır. Qeyd olunan obyektin adı diş texniki olsada, o heç vaxt özü diş texniki kimi fəaliyyət göstərməmişdir. Ən əsası qeyd etmək istədiyi məqam və ən vacibi odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin həmin protokol iştirakı olmadan tərtib edilmişdir. Protokol tərtib edilərkən onun bu barədə heç bir məlumatı olmamışdır və protokola heç bir imza etməmişdir. Ümumiyyətlə, o həmin protokolu görməmişdir. Bu da onu deməyə əsas verir ki, protokol tərtib edilərkən qanunla müəyyən olunmuş qaydalara əməl edilməmiş, o həmin protokolun kim tərəfindən tərtib edildiyini, hansı qaydada tərtib edildiyini və hansı tarixdə tərtib edildiyindən heç bir məlumatı olmayıb. Protokolla tanış olmaq üçün onu dəvət etməmişdirlər. Əgər dəvət edilsə idi, o bununla bağlı öz sübutlarını da təqdim edərdi. Hazırkı vəziyyətdə isə o, protokolla qəti razılaşmır. Ona məlum deyil ki, həmin protokol səlahiyyətli şəxs tərəfindən tərtib olunubmu və ya protokol qanunla müəyyən olunmuş qaydada tərtib edilmişdirmi. Onu protokolla tanış etmədikləri üçün o həmin protokolun onun əleyhinə olması ilə bağlı hər hansı müdafiəni həyata keçirə bilməmişdir. Hesab edir ki, protokol tərtib edilmişdirsə, onu o protokolla tanış etməli idilər. Barəsində tərtib edilmiş protokol qanunsuz tərtib edilmişdir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 məhkəmə iclasında eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşdə olan 1 №-li icarə müqaviləsinin surətindən görünür ki, X4 ilə X3 arasında icarə müqaviləsi bağlanmışdır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********4 saylı arayışın surətindən görünür ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş bu arayış X4 (VÖEN **********) 4500 ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 210.1 və 215.1-ci maddələrinə əsasən 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın surətindən görünür ki, Mingəçevir şəhər prokuroru, baş ədliyyə müşaviri X1 tərəfindən vəzifəli şəxs X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1 və 215.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1– 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır, yəni İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest vermək hüququ olduğu halda göstərilən müddət ərzində həmin qərardan şikayət vermək üçün müddətin bərpasına dair məhkəməyə rəsmi qaydada müraciət etməmişdir. Belə olan halda şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv olunması barədə şikayət ərizəsi geri qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar