Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-859/2021 29.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 İcra sənədi üzrə tələbkar: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1967-ci il tarixdə Şuşa şəhərinin Zarıslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, Şuşa şəhəri, Zarıslı kəndində qeydiyyatda olan və Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 42, mənzil 79 ünvanında yaşayan Şəxs Xumuş qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 26.07.2019-cu il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutulmalı olan borcun verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmışdır. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 26.07.2019-cu il tarixli icra sənədi ilə cavabdeh Şəxs 3370 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin, borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Sonuncu dəfə qalıq borcu 1450 manatın 700 manat ödəmiş, lakin qalan məbləği ödəməkdən boyun qaçırır. Borclunun hazırki vaxta olan borcu 750 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərəçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Mingəçevir şəhər məhkəməsinin 26.07.2019-cu il tarixli 2(051)-1635/2019 saylı icra sənədinə əsasən borclu Şəxs 3370 manat məbləğində borcun alınıb ona verilməsi qət edilmişdir. Ancaq borclu 1450 manat məbləğində qalıq borcu ödəməyı gecikdirmişdir. O, borclunun borcdan qəsdən yayındığını, ondan şikayətçi olduğunu və barəsində qanuni tədbir görülməsinin məhkəmədən xahiş etmiş, sonradan borclu tərəfindən ona qalıq borcundan 700 manat ödəmiş, qalan borcu da qısa müddət ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. O da borclu ilə razılaşmışdır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində protokol tərtib edilmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə barəsində protokol tərtib edilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan 29.10.2021-ci il tarixli ərizədən görünür ki, cavabdeh Şəxs 2-1635/2019 saylı icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs qalıq borcun 700 manat məbləğində hissəsini ödəmiş, qalan borcu da ən qısa zamanda ödəyəcəyini öhtəsinə götürmüşdür. Tərəflər bundan sonra öz aralarında razılığa gəlmişlər. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclunun icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə borcundan 700 manat ödəmiş, qalan borcunu isə ən qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclunun əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclunun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-859/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-859/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver