Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-295/2022 01.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1 iştirakı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim : Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 10 may 2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" QSC tərəfindən təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs MMC 35867.4 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti köçürmə orderinə əsasən Bankda olan hesabından 06 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürmüşdür. Lakin 2 il müddət keçməsinə baxmayaraq 35867.4 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, və ya valyuta vəsaiti geri qaytarılmamışdır. Şəxs MMC barəsində inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-ə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. İnzibati xəta haqqında protokola əlavə olunmuş, 06 aprel 2020-ci il tarixli xarici valyutada köçürmə orderindən görünür ki, Şəxs MMC 20 fevral 2018-ci il tarixli müqavilə üzrə "xxxx" QSC-də olan hesabından “X3 San. DİS. TİC LTD.STİ”-yə 35867.4 ABŞ dolları vəsait köçürmüşdür. İşdə olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına göndərdiyi 12.04.2022-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC-nin apardığı qabaqcadan ödəniş günündən 2 il keçib, lakin malın ölkəyə daxil olduğu haqqında sənədlər banka təqdim olunmayıb. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə valyuta vəsaitin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirimi faizindən otuz faizədək məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İşə əlavə edilmiş materiallara qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi var, ona görə də xaricə köçürdüyü 35867.4 (otuz beş min səkkiz yüz altmış yeddi dollar qırx sent) ABŞ dollarının 20 (iyirmi) faizi məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən 35867.4 (otuz beş min səkkiz yüz altmış yeddi dollar qırx sent) ABŞ dollarının 20 (iyirmi) faizi, yəni 7173.48 (yeddi min bir yüz yetmiş üç dollar qırx səkkiz sent) ABŞ dolları məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-859/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-859/2023
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver