Məhkəmə qərarları › İş №3(051)-860/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-860/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-860/2021 19.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X6 Tələbkar: X3 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə 17 avqust 2021-ci ildə Ağdaş rayonu Aşağı Qəsil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonu Aşağı Qəsil kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs X1 şəhəri Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzilinə köçürülməsi barədə Mingəçevir şəhər məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(051)-2229 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Mingəçevir şəhər məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(051)-2229 saylı qətnaməsinə əsasən X3 Mingəççevir şəhəri Y.Muradov küçəsi ev 39 saylı evin 27 saylı mənzilinə köçürülməsi, ödənilmiş 10 manat dövlət rüsumunun Şəxs tutulub X5 ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Lakin borclu borcunu ödəməmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(051)-2229 saylı qətnaməsinə əsasən X3 onun mülkiyyətində olan Mingəççevir şəhəri Y.Muradov küçəsi ev 39 saylı evin 27 saylı mənzilinə köçürülməsi, 10 manat dövlət rüsumunun ondan alınaraq X5 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Cavabdeh hazırda vərəm xəstəsidir, ona görə də onun həmin mənzilə köçüb onunla birlikdə yaşamasına razı deyil. Həmçinin, mənzildə ona aid istifadə ediləsi heç bir əşyada qalmamışdır. Məhkəmə iclasında tələbkar X7 verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2229/19 saylı, 29.10.2019-cu il tarixli qətnaməsinə əsasən onun Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 saylı evin, 27 saylı mənzilinə köçürülməsi və ödənilmiş 10 manat dövlət rüsumunun ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda cavabdeh icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır. Ona görə də Şəxs oğlu barəsində ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X8 izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(051)-2229 saylı qətnaməsinə əsasən X3 Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 saylı evin, 27 saylı mənzilinə köçürülməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Lakin Şəxs indiyə kimi qətnaməni icra etməmiş və qətnamə icrasız qalmışdır. Beləliklə, icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Qəribov X2 şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 29.10.2019-cu il tarixli icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə borc öhdəliyini ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcu ödəməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 31.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar