Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-861/2021 20.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X1, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 nümayəndəsi X4 iştirakı ilə, xx.xx.1990-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta- təhsilli, hərbiçi, N saylı hərbi hissədə işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Mingəçevir şəhər Məhkəməsinin 2(051)-707/2020 №li 02.07.2020-ci il tarixli icra sənədini Şəxs icra etmədiyinə görə barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-707/2020 №li 02.07.2020-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 9423 manat dəyərində əşyalar, həmin əşyaların naturada alınması mümkün olmazsa onların dəyəri alınıb X3 verilməlidir. Əşyaların çox hissəsi tələbkara verilmişdir. 4365 manat dəyərində əşyalar mövcud olmadığına görə qaytarılmamışdır. Həmin əşyaların dəyərini də ödəməyə maddi imkanı yoxdur. Özü hərbiçidir. Bazar günündən başqa hər gün işdə olur. 500 manat əmək haqqı alır ki, ondan da 200 manat aliment, 100 manat da digər borcuna tutulur. Hazırki borcun da əmək haqqına yönəldilməsinə etiraz etmir. Mülkiyyətində elə bir əmlak yoxdur ki, onu satıb borcunu ödəsin. O, icra sənədini icra etməkdən boyun qaçırmır. Zərərçəkmiş şəxs X2 nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-707/2020 №li 02.07.2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs 9283 manat pulun alınıb ona verilməlidir. Şəxs borcundan bir hissəsini ödəmişdir. Qalan borcun ödənilməsini tələb edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında bildirdi ki Mingəçevir şəhər Məhkəməsinin 2(051)-707/2020 №li 02.07.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 9423 manat dəyərində əşyaların və ya onların dəyərinin alınıb X3 verilməlidir. Şəxs həmin borcundan bir hissənini ödəmişdir. Hazırda Şəxs 4365 manat borcu qalmışdır. Şəxs icra sənədinin icra etməməsinin hüquqi nəticələri dəfələrlə edilmişdir. Şəxs icra sənədini icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. S.Orucov hərbiçidir, aliment onun əmək haqqına yönəldilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında müəyyən edildi ki, Şəxs borcu üzrsüz səbəbdən deyil, maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə iclasında müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci mddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində 4365 manat borc ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində 4365 manat borcla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-861/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-861/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver