Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-861/2023 01.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Zərərçəkmiş şəxs X1 Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 157–ci maddəsi ilə barəsində Mingəçevir şəhər Polis şöbəsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən lombardda işləyən satıcı X2 döyərək ona küt əşyanın təsirindən yaranmağa xarakterik olan ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan sağ əlin baş barmağında və sol budunda qançır hər iki bazu nahiyyələrində sıyrıqlar və alın nahiyyəsində sıyrıq xəsarətlərini yetirərək Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə 12:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Gəncə təndir” sexinə blinçik almağa getmişdir. Həmin vaxt sexə Türkan adlı şəxs gələrək sifarişini götürərək sexdən çıxmışdır. O, sexdən çıxıb evə gedən zaman Türkan adlı qadın onu təhqir etməyə başlamışdır. Sonra aralarında yaranmış mübahisə zamanı bir-birilərinə qarşı fiziki zor tətbiq etmişlər. Bununla belə hazırda Türkan Dadaşova ilə barışmışdır. Əməlindən peşmandır. Ona görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı izahatında bildirdi ki, o, Mingəçevir şəhərində yerləşən lombardda mütəxəssis kimi çalışır. xx.xx.2023-cü il tarixdə işlədiyi yerin yaxınlığında “Gəncə təndir” sexinə blinçik almağa getmişdir. Lakin onun sifarişini İradə adlı şəxsə vermişlər. Sonra o, iş yerinə geri qayıdanda İradə adlı şəxs onu təhqir etməyə başlamışdır. Aralarında mübahisə yaranmışdır. Hazırda Şəxs ilə barışmışlar. Odur ki, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 718 saylı ekspert rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:- sol alın nahiyyəsində boynunda və sağ əl barmağında siyrıq, küt əşyanın (alətlərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Gəncə təndir” sexin yaxınlığında X3 ilə aralarında yaranmış mübahisədə cinayət hadisəsi olmadığından həmin hissədə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasıının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən inzibati xəta törətdiyindən barəsində inzibati icraatın açılmasını təmin etmək məqsədilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İşdə olan Mingəçevir şəhər Polis şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, Şəxs ilə barışmışdır, onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan ərizədən görünür ki, zərərçəkmiş şəxs X3 inzibati xəta törətmiş şəxs Şəxs ilə barışdığı üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində küçəsində yerləşən “Gəncə tendiri” sexin yaxınlığında X2 döyərək ona küt əşyanın təsirindən yaranmağa xarakterik olan ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan sol alın nahiyyəsində boynunda və sağ əl barmağında siyrıq olan xəsarətlərini yetirmişdir. Bununla belə o hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 53.1.9–cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarından görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş şəxs X3 ilə barışmışdır. Zərərçəkmiş şəxsin hazırda Şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi əsasında Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə inzibati xəta haqqında işin icraatına, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-861/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-861/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver