Məhkəmə qərarları › İş №3(051)-864/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-864/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-864/2024 20.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3, zərərçəkmiş (tələbkar) Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Vəkil1, barəsində inzibati protokol tərtib edilmiş şəxsin müdafiəçisi Vəkil2 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Basarkeçər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Günəşli bağ massivi 5-ci küçədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı qətnaməsini icra etməyərək uşaqları xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 ondan alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsini və xx.xx.2017-ci il təvəllüdlü Fateh, xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tələbkara verilməsini təmin etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı icra sənədinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların atası Şəxs alınaraq anası Zərərçəkmiş şəxs verilməsi, xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin borcludan alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, icra sənədini icra etməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra sənədini qəsdən icra etmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmişdir. Protokolun dəlillərini müdafiə edir və inzibati xəta törədən şəxs haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs uşaqları ilə birlikdə məhkəmə iclasına gəlmişdir. Uşaqlar 16 yaşından kiçik olduğundan və şahid qismində iştirak etmədiyindən məhkəmə barəsində protokol tərtib edilmiş şəxsə onun uşaqları məhkəmə iclas zalından kənarlaşdırılmasını təklif etmişdir. Barəsində protokol tərtib edilmiş şəxs uşaqları məhkəmə zalından kənarlaşdırmamışdır. Məhkəmə işə barəsində protokol tərtib edilmiş şəxsin iştirakı olmadan baxmışdır. Əvvəlki məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən də Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı icra sənədinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların ondan alınaraq anası Zərərçəkmiş şəxs verilməsi, xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalaraq şikayət vermiş, lakin şikayəti təmin olunmamış, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Uşaqlar 2 ildir ki, onun yanında qalır və bugünə kimi anası uşaqlarla maraqlanmayıb. O, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmir, hər çağırışda övladlarını İcra və Probasiya şöbəsinə gətirmiş və uşaqların analarına verilməsinə etiraz etmədiyini, maneə törətmədiyini bildirdi. Övladlarının anası ilə getmək istəmədiklərini bildirdi. Bununla yanaşı 05 dekabr 2024-cü il tarixə təyin olunmuş icra üçün görüşdə İsmayıllı rayonunda olduğundan iştirak edə bilmədiyini qeyd etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi izahat verərək bidirdi ki, şəxs məhkəmə qətnaməsini icra etməkdən yayınmır. Uşaqlar anası ilə getmək istəmirlər. Bu səbəbdən məhkəmə qətnaməsi icra edilə bilmir. Belə olduğu halda şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı icra sənədinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların atası Şəxs alınaraq ona verilməsi, xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin borclu icra sənədini qəsdən icra etmir. Belə ki, borclu onun uşaqlarla görüşməsinə, uşaqların alınaraq ona verilməsinə maneələr yaradır və bəhanələr gətirərək uşaqları ona vermir. Borcluya icra sənədi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Uşaqların Şəxs alınaraq ona verilməsini xahiş edir. Əks halda Şəxs qanun daxilində inzibati tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin vəkili Vəkil1 zərəçəkmiş şəxsin izahatına uyğun izahat verərək barəsində protokol tərtib edilmiş şəxs barəsində daha ağır inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı icra vərəqəsi üzrə icra sənədini icra etməkdən yayınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 408/2022 saylı icra sənədinə əsasən Şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2013-cü il tarixdə Bakı Şəhəri Nərimanov Rayonu Qeydiyyat şöbəsindən 867 №li akt qeydi ilə bağlanmış nikah pozulması, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların atası Şəxs alınaraq anası Zərərçəkmiş şəxs verilməsi, xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 408/2022 saylı icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli izahatından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq etmişdir. xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş aktlardan görünür ki, cavabdeh Şəxs məlumatlandırılmasına baxmayaraq icra sənədini icra etməkdən yayınmış və müxtəlif bəhanələr gətirərək icra sənədinin icrasına maneələr yaratmışdır. xx.xx.2023-cü il tarixli 303604/3-16 №li, xx.xx.2023-cü il tarixli 303604/3-16 №li, xx.xx.2023-cü il tarixli 303604/3-16 №li Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Mingəçevir şəhəri üzrə Təhsil sektoruna ünvanlanmış məktublara əsasən, icra tədbirində uşaqla fərdi söhbətlərin aparılması üçün psixoloqun iştirakının təmin edilməsi xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri S.Vurğun adına 16 №li tam orta məktəbin psixoloqu Şəfiqə Səməd tərəfindən Ələkbərova Bahar və Ələkbərov Fateh adlı uşaqların psixoloji vəziyyəti barədə rəy verilmişdir. Tətbiq edilən hüquq: İcra haqqında Azərbaycan Respublikasının Qanunun aşağıdakı maddələrinə əsasən 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin mövqeyi Barəsində inzibati protokol tərtib edilmiş şəxsin özünün izahatı, digər inzibati proses iştirakçılarının izahatı, iş materialları ilə təsdiq edilir ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı, inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azyaşlı uşaqlar barəsində protokol tərtib edilən şəxsin yanındadır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini, barəsində protokol tərtib edilmiş şəxsin yanında azyaşlı uşaqlarının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar